BolgeXeber.Com » Dünya » Rusiyanın 50 milyard dollarlıq cərimə işi - YUKOS davası Parisdə...

Rusiyanın 50 milyard dollarlıq cərimə işi - YUKOS davası Parisdə...

27-06-2017, 18:24
Oxunub: 3 610 Rusiyanın 50 milyard dollarlıq cərimə işi - YUKOS davası Parisdə...Paris apellyasiya məhkəməsi bu gün “YUKOS işi” ilə bağlı Rusiyanın üzərinə qoyulan 50 milyard dollarlıq cərimə işinə baxacaq

1-ci instansiya (Haaqa arbitraj məhkəməsinin daimi palatası) məhkəməsi Rusiyanın dünya tarixində görünməmiş cəriməsini ödəməsi üçün dövlətə məxsus bütün əmlaka həbs qoydurmuşdu.

Məsələ ilə əlaqədar Franasanın La Croix (La Krua) qəzetində müəllif Alen Giyemolun qələmi ilə məqalə dərc olunub.

Məqlaədə Kremllə Rusiyanın artıq tarixə qovuşan bu neft şirkəti arasında hüquqi müharibənin 10 ildir sürdüyü qeyd olunub.

Qeyd edək ki, YUKOS səhmdarlarının Rusiyaya qarşı irəlü sürdüyü iddia ərizəsi 2009-cu ilin nayabrın 30-da Haaqa arbitraj məhkəməsinin icraatına qəbul olunub.

Məhkəmə prosesi Rusiyanın da təsdiq etdiyi Avropa enerji xartiyası üzərində aparılıb.

İddiaçılar qismində YUKOS-un keçmiş sahibkarları Leonid Nevzlin, Vladimir Dubov və Platon Lebedev iştirak edirlər. Bu adamlar YUKOS-un əsas sahibi Mixail Xdodrkovski ilə birlikdə şirkəti qurubar. Xodorkovksi həbs olunduqdan sonra öz səhmlərini onlara verib.

İddiaçılar işin aparılması üçün öz vəkillərinə tam 70 milyon avro ödəyiblər.

Cavabdeh tərəf sayılan Rusiya dövləti də işlə bağlı onlarla milyon dollarlıq xərcə düşüb.

Belə ki, Rusiya tərəfi hüquqlarının müdafiəsi üçün Cleary Gottlieb Steen & Hamilton (CGSH) və Baker Botts hüquq şirkətlərinin xidmətindən istifadə edib. Onlara ödənilən qanorarın məbləği 27 milyon dollar təşkil edib. Ümumilikdə isə Rusiyanın ekspertlərə, hüquqşünaslara və məhkəmə xərclərinə çəkdiyi məsrəflər 37 milyon dolları ötüb.

Lakin bu böyüklükdə məsrəflər və tanınmış hüquq şirkətləri Rusiya dövlətini 50 milyard dollarlıq cərimədən qurtara bilməyib.

2014-cü ilin iyulun 28-də Haaqa Beynəlxalq arbitraj məhkəməsi qətnamə çıxrıb. Qətnamədə Rusiyanın dövlət səviyyəsində YUKOS şirkətini qarət etdiyi təsbit olunub.

Sənəddə göstərildiyinə görə, federal hakimiyyət qəsdən YUKOS şirkətini müflis etdirmək və onun aktivlərinin Rosneft və Qazprom tərəfindən ilhaq olunması üçün şirkətin və onun benefisiarlarının üzərində tammiqyaslı talama kampaniyası həyata keçirib. Qətnamədə Rusiyanın qeyri-qanuni olaraq mülkiyyət hüququnu pozduğu və bununla da Enerji xartiyasının müddəalarını ayaq altına saldığı bildirilib.
Maraqlıdır ki, arbitraj məhkəməsinin qərarınıı imzalayan 3 hakimdən biri məhz Rusiyadan olub.

Məqalədə YUKOS-un yox edilməsinin Vladimir Putin hakimiyyətinin möhkəmlənməsində böyük rol oynadığı qeyd edilir.

Məhz bunun sayəsində Rosneft və Qazprom Rusiya dövlətinin əlində dünya siyasətində ən təsirli vasitələrə çevrildi.

Lakin iş Rusiya hakimiyyəti üçün əsl qara kabusa dönüb.

İşin apellyasiya qaydasında Fransada baxılması isə 50 milyardlıq cəriməyə görə Rusiyanın Fransadakı əmlakları üzərinə qoyulan həbslərlə bağlıdır.

Məsələ o həddə gəlib çatıb ki, səhmdarlar Parisdə pravoslav kilsəsinin tikintisinin dayandırılmasına belə cəhd ediblər.

Fransa məhkəmə qərarlarının icra edilməsi məsələsində ən sərt qaydaların tətbiq olunduğu və asan proseduraların nəzardə tutulduğu ölkə olduğu üçün YUKOS səhmdarları bu üstünlüklərdən istifadə etmək qərarına gəliblər.

Onlar Haaqa arbitraj məhkəməsinin qərarının Paris məhkəməsi tərəfindən icra etdirlməsinə nail ola biliblər.

Bunun sayəsində Rusiya dövlətinə aid bütün əmlak Fransada siyahıya alınıb.

İcra məmurları Rusiya dövlətinin adı ilə bağlı onlarla binanı tapıb onları möhürləməyə nail olublar. Bunların içərisində Parisdə Rusiyanın rəsmi informasiya agetntliyi TASS və Sputnik News-un yerləşdiyi iki malikanə də var.

Bundan başqa Arianespace şirkətinin Rusiyadan “Soyuz” daşıyıcı raketlərinin alınması üçün nəzərdə tutulan 300 milyon avroluq öhdəlik tələbnamələrinin üzərinə həbs qoyulub.

Siyasi müşahidəçilər göstərilən səbəbdən Moskvanın Fransadakı prezidet seçkilərində Marin Le Pen lehinə canfəşanlıq etməsinin, seçkidən sonra isə Vladimir Putinin Fransaya səfərini də təsadüfi olmadığını qeyd edirlər.


Çünki əgər Paris apellyasiya məhkəməsi YUKOS-un keçmiş sahiblərinin xeyrinə qərar çıxarsa bu proseslə bağlı bütün qərarlar üçün presedent rolunu oynayacaq.

Bu səbəbdən mütəxəssislər YUKOS işinin təkcə Kreml-Yelisey sarayı arasında deyil, həm də ümumilikdə Rusiya-Qərb münasibətləri üçün yeni sınaq olduğunu dilə gətirirlər.Rusiyanın 50 milyard dollarlıq cərimə işi - YUKOS davası Parisdə...
Rusiyanın 50 milyard dollarlıq cərimə işi - YUKOS davası Parisdə...
Rusiyanın 50 milyard dollarlıq cərimə işi - YUKOS davası Parisdə...
Rusiyanın 50 milyard dollarlıq cərimə işi - YUKOS davası Parisdə...


Musavat.com