BolgeXeber.Com » Siyasət » Oliver Stounun Putinə yaltaqlığı Qərbdə rişxənd mövzusuna çevrilib

Oliver Stounun Putinə yaltaqlığı Qərbdə rişxənd mövzusuna çevrilib

28-06-2017, 09:49
Oxunub: 3 709 Oliver Stounun Putinə yaltaqlığı Qərbdə rişxənd mövzusuna çevrilibHollivudun məşhur rejissoru Qərbin intellektual və demokrat kəsiminin amansız tənqidlərinə məruz qalır

ABŞ rejissoru, Oskar mükafatı laureatı Oliver Stoun (kinosevərlər onu “4 iyulda anadan olanlar”, “Uoll Strit”, “Tağım”, “İsgəndər” və s. filmlərdən tanıyır-red.) özünəxas olmayan bir tərzdə, Rusiya prezidenti ilə müsahibəsini sənədli filmə çevirərək tamaşaçılara təqdim edib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, “Putinlə müsahibə” adlı bu film Qərbdə böyük tənqid, etiraz və mübahisələrə səbəb olub.

“Hamıya aydın oldu ki, bu müsahibə Kremlin təbliğindən başqa bir şey deyil. Stoun heç vaxt Putinə olan simpatiyasını gizlətməyib”, - “Paste” almanax-jurnalından Cordan Bridin yazır.

ABŞ-ın mədəniyyət xarakerli “Salon onlayn”jurnalının icmalçısı Metyu Rojşa da eyni fikirdədi.

“Müsahibənin ilk üç hissəsi utancverici yaltaqlıq və nökərlik səhnələri ilə dolu idi. Rejissor Putinin ABŞ-ın NATO, Çeçenistan, Ukrayna üzrə xarici siyasəti haqqında ağzına gələni danışmasına heç bir söz söyləmədi”, - məqalədə deyilir.

“Variety” jurnalının tənqidçisi Sonya Saraya Stounun Putini daha yaxından təsvir etməsinin yaxşı hal olduğunu qeyd edib. Lakin o, rejissorun bir çox əsas anlarda Putinin bütün dəlilləri ilə kor-koranə razılaşdığını vurğulayıb. Xüsusilə onun Putinin demokratların namizədi Hillari Klinton, ABŞ-ın keçmiş kəşfiyyatçısı Edvard Snouden, habelə Vaşinqtonun dünyanın işlərinə qarışdığı barədə dəyərləndirmələrinin hamısı ilə razılaşması müəllifin tənqidinə səbəb olub.

“The Daily Beats” isə Stounun işini “Rusiya prezidentinə məsuliyyətsiz sevgi məktubu” adlandırıb.

“Yaltaqlıq çox, skepsizm az idi”, - The New York Times-ın bir məqaləsində verdiyi qiymət belə olub.

İtaliyanın “La Stampa” qəzeti öz filmini Norveçdə keçirilən Starmus festivalında təqdim etməyə gələn rejissorun özünə tənqidi suallar verərək ondan cavab almağa çalışıb.

Burada Stoun Putinin 4 saatlıq müahibəsində ABŞ-dakı prezident seçkilərindən tutmuş Suriyadakı müharibəyə qədər bütün faktlar üzrə öz versiyasını təqdim etdiyini söyləyib.

“Bu mənim versiyam deyil, onun fikirləridir...Ona qulaq asmaq vacibdir. Çünki biz əslində bunu heç vaxt etməmmişik. Putini ona qarşı irəli sürülən ittihamlarla təhrif edirlər”,- Oliver Stoun söyləyib.

“Yəni ona inanırsız”-müxbir Stoundan əl çəkməyib.

“Mən Rusiyadan qorxmuram. Hesab edirəm ki, bu ölkə Qərbə heç bir pislik etməz”,- rejissor belə cavab verib.

“Amerkalı rejissor Oliver Stoun prezidentlə söhbətini 4 saatlıq “sənədli” film kimi təqdim etməyə çalışır”, - Fransanın “Liberation” qəzetinin jurnalisti Veronika Dormanın məqaləsində deyilir.

“1990-cı illər, oliqarxlar, NATO, silah yarışı, doğulduğu yer, ölkədəki kasıblıq, Ukrayna ilə münasibətlər, Edvard Stoun və ənənəvi dəyərlər kimi mövzularda Putin olduqca əzəmətli görünürdü.

Müəllif Oliver Stounun Putin qarşısında əzildiyini bildirir:

“Putin Rusiyada mətbuatın azad olduğu, oliqarxları ələ aldığı, Krımın işğalında qeyri-qanuni bir şey görmədiyini söylədiyi zaman Stoun, Rusiya prezidentinin heç bir sözünə irad bildirmədi və ya ona lazım olan sualları vermədi. Stounun sualları isə gizli kompliment və Putinə xoş fərziyyələrdən ibarət idi. Putinin NATO-nun genşlənməsi, Snouden haqqında sözlərini dinlərkən rejissor onun sözlərinə qüvvət verərək öz ölkəsinin xarici siyasətinin necə mənfur xarakter daşımasından, Qərbdə insanlar üzərində total nəzarət həyata keçirilməsindən heyrətlə danışdı”.

Mövzu ilə bağlı The New York Times qəzetinin jurnalisti Maşa Gessenin məqaləsi olduqca maraqlıdır.

“İndi bir çox amerikalı Trampın hansı səbəbdən Putinə heyran olması sualına cavab tapmağa çalışır. Necə ola bilər ki, qüdrətli və zəngin amerikalı düşmən ölkənin tiranlığa meylli, korrupsiyalaşmış liderinə qarşı simpatiya duyur”, - məqalədə belə bir ritorik sual qoyulub.

Müəllifin fikrincə, bu suala cavabı elə Oliver Stounun “Putinlə müsahibə” adlı filmində tapmaq olar. Çünki Stoun da Putinə eyni qızğın heyranlıq hissləri bəsləyir.

Jurnalsitin fikrincə, bu cür heyranlığıın əsasında 5 an dayanır:

1. Putinin bioqrafiyası və Rusiya tarixi haqqında dumanlı və əsasən də doğru olmayan təsəvvürlər. “Stounun nadanlığı ondan ibarətdir ki, o Putinin yalanlarını heç bir tənqidi rəy olmadan eşitməyi üstün tutur”.

2. Qüdrət və böyüklüyə olan məhəbbət. Deyəsən, Putinin sözlərini o söylədikdən sonra ifadə etmək Stounun çox xoşuna gəlir.

3. Ümumi xurafat. Həm Stounun, həm də Putinin müsəlmanlardan zəhləsi gedir.

4. Faktları uydurmalardan ayırd edə bilməmək qabiliyyəti və ya istəksizliyi

5. Mənəvi neytrallıq. Nadanlığı, irqçi xürafatı, qüdrətə sevgini və faktların həqiqiliyinə olan biganəliyi əməldə həyat keçirmək üçün hər şeyin mübahisəsiz olaraq qəbul edildiyi dünyada yaşamalısan.
Oliver Stounun Putinə yaltaqlığı Qərbdə rişxənd mövzusuna çevrilib
Oliver Stounun Putinə yaltaqlığı Qərbdə rişxənd mövzusuna çevrilib