BolgeXeber.Com » Sosial » Toyxana, yoxsa sərnişin avtobusu? - VİDEO

Toyxana, yoxsa sərnişin avtobusu? - VİDEO

28-06-2017, 10:22
Oxunub: 3 238 Toyxana, yoxsa sərnişin avtobusu? - VİDEOSürücü musiqiyə o qədər səs verib ki , avtobusun içərisində ağız deyəni qulaq eşitmir

İlk baxışdan hansısa toyxananı xatırlatsa da, bu bir çox sərnişinin gündəlik qarşılaşdığı mənzərdi.

Bolgexeber.com xezerxeber.az-a istinadən bildirir ki, görüntülər Bakıdakı marşrut avtobuslarından birində çəkilib
Sərnişinlər sürücülərin belə xidmət göstərmələrinin özlərinə qarşı hörmətsizlik kimi qiymətləndirməklə yanaşı, təhlükəli olduğu da qənaətindədirlər.
Sürüclər isə bəzi məqamlarda sərnişinlərin haqlı olduğunu deyirlər. Onların əksəriyyəti hərəkətdə olarkən musiqiyə səs verməyin və ümumiyyətlə qulaq asmağın düzgün olmadığını deyirlər.
Bakı Nəqliyyat Agentliyidən isə belə faktların olmaması üçün mütəmadi olaraq işlər görüldüyünü deyirlər.
Agentliyin sözçüsü Mais Ağayev bildirdi ki, belə xoşagəlməz hallarla qarşılaşan sərnişinlər 141 çağrı mərkəzinə müraciət etsinlər. Bundan sonra həmin sürücü haqqında lazımi cəza tədbirləri görüləcək.