BolgeXeber.Com » Media » Milli mətbuatımızın banisi- Həsən bəy Zərdabi

Milli mətbuatımızın banisi- Həsən bəy Zərdabi

28-06-2017, 11:49
Oxunub: 3 885 Milli mətbuatımızın banisi- Həsən bəy ZərdabiZərdabi 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub

1837-ci il iyunun 28-də görkəmli Azərbaycan maarifçisi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1837-1907) keçmiş Göyçay qəzasının Zərdab kəndində anadan olub. Zərdabi 1875-ci il iyulun 22-də Rusiya imperiyasında ilk turkdilli qazetin — "Əkinçi" qəzetinin nəşrinə başlamaqla Azərbaycan milli mətbuatının əsasını qoyub. Zərdabi həmçinin Moskva Universitetinin namizədlik diplomu ilə bitirən ilk müsəlman, Bakı Gimnaziyasının ilk müsəlman müəllimi (1869), Azərbaycanda ilk müsəlman xeyriyyəçilik hərəkatının banisi ("Cəmiyyəti-Xeyriyyə", 1872), Azərbaycanda ilk qızlar gimnaziyasın açılmasının təşəbbüskarı və təşkilatçısı, Azərbaycan müəllimlərinin birinci qurultayının təşkilatçısı və qurultayın sədri (1906) olub.