BolgeXeber.Com » Xəbərlər » ƏMDK-nin 8 və 10 saylı Ərazi İdarələri vətəndaşlara necə xidmət göstərir?

ƏMDK-nin 8 və 10 saylı Ərazi İdarələri vətəndaşlara necə xidmət göstərir?

28-06-2017, 20:52
Oxunub: 2 095 ƏMDK-nin 8 və 10 saylı Ərazi İdarələri vətəndaşlara necə xidmət göstərir?Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsi mərkəzi Cəlilabad rayonu daxil olmaqla, Masallı, Biləsuvar və Yardımlı rayonlarında fəaliyyət göstərir

Əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi, torpaq sahələrinin özəlləşdirilməsi yönündə proseslər qanunvericiliyə uyğun olaraq həyata keçirilir.
Müraciət edən vətəndaşlara lazımi bütün köməkliklər idarə əməkdaşları tərəfindən göstərilir və mütəmadi olaraq maarifləndirmə işləri aparılır.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı ərazi idarəsi isə mərkəzi Lənkəran şəhəri daxil olmaqla Astara və Lerik rayonlarında xidmət göstərir.
İdarənin divarlarında yerləşdirilmiş xüsusi məlumat lövhələrində zəruri məlumatlar əks olunur.
Vətəndaşlar işçilər tərəfindən göstərilən yüksək diqqətdən razı olduqlarını qeyd etdilər.
Rubrikamızın növbəti reportajı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı ərazi idarəsi haqqında olacaq.
Bolgexeber.com