BolgeXeber.Com » İdman » Olimpiya çempionumuzun uğursuzluğu - Gözlənilməz məğlubiyyət

Olimpiya çempionumuzun uğursuzluğu - Gözlənilməz məğlubiyyət

29-06-2017, 09:35
Oxunub: 2 964 Olimpiya çempionumuzun uğursuzluğu - Gözlənilməz məğlubiyyətCənubi Koreyanın Muju şəhərində taekvondo üzrə Dünya çempionatı davam edir

Yenicag.az xəbər verir ki, bu gün daha iki idmançımız dayanq üzərinə çıxıb.

Radik İsaev (+87 kq.) ilk döyüşündə mərakeşli Ayoud Basselə (24:8), ikinci döyüşdə Çin təmsilçisi Jian Tiana qalib gəlib (16:11). Yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qabon taekvondoçu Antoni Obameyə 13:15 hesabı ilə məğlub olan Olimpiya çempionumuz mübarizəni dayandırıb.

Ramin Əzizov (87 kq.) da ilk rəqibi Valbek Defaixə (Fransa Polineziya) şans verməyib (15:3). Yassin Trabelsiyə (TUN) qalib gələn Əzizov (10:9) yarımfinal mərhələsi uğrunda döyüşdən Serbiyalı İvan Trajkovicə məğlub olaraq (15:22) yarışı başa vurub.

Sabah kişi taekvondoçularımızdan Məhəmməd Məmmədov (63 kq.), qadınlardan isə Yaprak Eriş (57 kq.) mübarizə aparacaq.