BolgeXeber.Com » Gündəm » "Göyçay-Avtonəqliyyat" ASC-nin sədrinin qanunsuz bazarı ətrafa dəhşət saçır

"Göyçay-Avtonəqliyyat" ASC-nin sədrinin qanunsuz bazarı ətrafa dəhşət saçır

30-06-2017, 11:07
Oxunub: 3 867 "Göyçay-Avtonəqliyyat" ASC-nin sədrinin qanunsuz bazarı ətrafa dəhşət saçırGördüyünüz bu fotolar "Göyçay-Avtonəqliyyat" ASC-nin həyətində qanunsuz fəaliyyət göstərən bazarda çəkilib

Bazarda bir az gəzinmək kifayətdir ki, burada hökm sürən antisanitar mənzərə insanı dəhşətə gətirsin. Aldığımız məlumatlara görə, bazar "Göyçay-Avtonəqliyyat" ASC-nin sədri Arif Əliyevə məxsusdur. Bazarda işləyənlər və yaxınlıqda yaşayan sakinlər bildirirlər ki, bu ərazi tamamilə dəhşət saçır. Həm işçilərin, həm də yaxınlıqda yaşayan sakinlərin həyatı ciddi təhlükə altındadır.
Şikayətçilərin sözlərinə görə, bazarda hökm sürən antisanitar vəziyyətlə bağlı Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayeva məktub ünvanlayıblar.
Bu məktubdan sonra əl-ayağa düşən Arif Əliyev saxtakarlığa əl ataraq, bazarda bir neçə günlük səliqə-sahman yaranması ilə bağlı tapşırıq verib.
Hətta məsələni ört-basdır etmək üçün bazar işçilərini təzyiqə məruz qoyan Arif Əliyev onların imzası ilə prezident İlham Əliyevə və İqtisadiyyat naziri Şahin Mustafayeva məcburi məktub yazdırıb. Həmin məktubda qeyd olunub ki, bu bazarda işləmək bizim üçün xoşdur, burada vəziyyət çox yaxşıdır.
Halbuki işçilər dəfələrlə bazarın vəziyyətindən gileylənərək, ayrılmaq istədiklərini bildiriblər.
İndi isə şikayətçilər mətbuat vasitəsilə öz sözlərini Şahin Mustafayeva çatdırmaq istəyirlər və xahiş edirlər ki, Şahin Mustafayev bu məsələ ilə maraqlansın.
Bolgexeber.com