Kemal Sunalın əsl ölüm səbəbi açıqlandı - arvadından da gizlədibmiş
30-06-2017, 16:18
Oxunub: 4 657
Rejissor Ali Özgentürk son müsahibəsində aktyor Kamal Sunalın ölümü ilə bağlı maraqlı nüans açıqlayıb
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 17 il əvvəl iyulun 3-də dünyasını dəyişən aktyorun ölüm səbəbi başqa imiş. Rejissor "Balalayka" filminin çəkilişləri üçün K.Sunalla birgə Batumiyə gedirmiş. İllər əvvəl heç vaxt təyyarəyə minməyən aktyorun həmin gün qorxudan ürəyinin partladığı iddia edilmişdi. Lakin həqiqət başqa cür imiş.
A.Özgentürk K.Sunalın oğlu Alinin də onlarla olduğunu bildirib:
"Təyyarədən qorxurdu. Mən dedim, maşınla gedək. Əvvəl razı oldu. Sonra "Çox yorularıq" dedi. Sürücü götürmək təklif edəndə isə "Başqasının sürdüyü avtomobildən qorxuram" deyərək etiraz etdi. Nəhayət "Sən təyyarədə yanımda otursan, gedərik" dedi. O biri yanında da oğlu Ali oturmuşdu. Dünyasını dəyişdiyi an bir yerdə idik, təyyarə heç qalxmamışdı.
Zarafatlar edirdik. Təyyarədəki monitorda da təhlükəsizlik tədbirləri haqqında danışılırdı. Təyyarə yavaşca irəliləməyə başlayanda söhbət kəsildi. Kemalın qorxduğuna dair heç bir şey yox idi. Onsuz da qorxmurdu. Birdə başı çiynimə düşdü. Ali də oturduğu yerdən qalxdı. Mən "Həkim yoxdur?" deyə qışqırdım. Sonra huşumu itirmişəm, heç nə xatırlamıram.
Sonradan öyrəndik ki, həyat yoldaşından da gizlətdiyi bir şey var imiş. Yay aylarında avtomobillə Almaniyaya gedərmiş. Heç kim bilməsin deyə alman bir həkimə hər il ürəyini müayinə etdirirmiş. Ürəyində problem varmış, amma nə olduğunu bilmədim".
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər