BolgeXeber.Com » Analitika » MTN Hacı Məmmədovu buraxacaqmı

MTN Hacı Məmmədovu buraxacaqmı

20-11-2012, 15:00
Oxunub: 5 064 İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında monitorinq keçirib.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, orada saxlanılan şəxslərdən 3 nəfərlə görüşüb: “Seymur Osmanov adlı şəxslə görüşdüm. Qanunsuz olaraq odlu silah saxlamaqda təqsirli bilinir. Digər iki nəfər isə İran vətəndaşları idilər. Onlar İrandan Azərbaycana xeyli miqdarda narkotik vasitə keçirməkdə təqsirli bilinirlər. Görüşdüyüm şəxslər özlərini təqsirli bildiklərini dedilər. Saxlanma şəraitindən və onlara qarşı münasibətdən hər hansı şikayətləri yoxdur”.

E. Behbudov, həmçinin MTN-in İstintaq Təcridxanasının adının dəyişdirildiyini də deyib.

Onun sözlərinə görə, bundan sonra İstintaq Təcridxanası Müvəqqəti Saxlanma Yeri və İstintaq Təcridxanası adlandırılacaq: “Orada 48 saat müddətinə saxlanılanlar və istintaqı gedən şəxslər olduğu üçün adı dəyişdirilib”.

DİA.AZ bildirir ki, hələ də məşhur quldurbaşı Hacı Məmmədov MTN-nin İstintaq Təcridxanasında saxlanılır. İndi isə təcridxananın adı dəyişdirilir. Və ada «müvəqqəti saxlama» sözü əlavə olunur. Bu halda necə, Hacı Məmmədov MTN-nin nəzarətindən çıxacaqmı? Hər halda, bu qədər də «müvəqqəti dönəm» ola bilməz. Artıq ad belə Hacı Məmmədovun orada qalmasını imkansız edir…