BolgeXeber.Com » Dünya » 11 yaşlı hindli uşaq Eynşteyn və Houkinqi kölgədə qoydu

11 yaşlı hindli uşaq Eynşteyn və Houkinqi kölgədə qoydu

1-07-2017, 12:23
Oxunub: 3 496 11 yaşlı hindli uşaq Eynşteyn və Houkinqi kölgədə qoyduİngiltərədə yaşayan 11 yaşlı hind əsilli Arnav Şarma "Mensa İQ" testində 162 xal qazanıb

Şarma bununla da Eynşteyn və Houkinqi üstələyərək ən yüksək xalı toplayıb.

Sözügedən test dünyanın ən prestijli İQ testlərindən biridir. Məşhur alim Eynşteyn və ingilis fizik Stiven Houkinq bu testdə 160 xal toplamışdılar.

"Mensa" testinin çox çətin olduğunu və bir çox insanın bu testi keçə bilmədiyini xatırladan Şarma 2.5 saat ərzində sualları cavabladığını və imtahana heç bir hazırlıq etmədən girdiyini qeyd edib.

Daha əvvəl belə bir imtahanda iştirak etmədiyini bildirən Şarma gərgin olmadığını, nəticəyə ailəsinin çaşqınlıq keçirdiyini vurğulayıb.

Qeyd edək ki, ötən il 12 yaşlı hind əsilli İngiltərə vətəndaşı Rajqauri Pavar adlı qız da testdən 162 xal toplamışdı./olke.az