Nobel mükafatçısı Rusiyanın düşməni elan olunub
4-07-2017, 11:50
Oxunub: 3 077
Arbatdakı Mərkəzi kitab evində Nobel mükafatçısı Svetlana Alekseyeviçin bütün kitabları müsadirə olunub
Kulis.Azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, belarus yazıçısının kitabları bütün regionlardan yığışdırılıb. Moskva kitabxanalarında yazıçının kitablarını almaq qadağan olunub.
İstintaq komitəsinin açıqlamasına görə buna səbəb Svetlana Alekseyeviçin “Rus dünyasının şərəf və ləyaqəti haqqında yalnış məlumatlar yayması”dır.
“Onun adı Rusiyanın rəsmi düşmənlərinin arasında olacaq” – bu sözləri Dövlət Dumasının vitse prezidenti Pyotr Tolstoy deyib. Onun sözlərinə görə, belarus yazıçısı Rusiyada persona non qrata elan olunub.
Rusiyanın mədəniyyət naziri Vladimir Medinskiy vətəndaşları yazıçının bütün kitablarının yandırılmasına çağırıb: “Gəlin, bunu ibrət üçün Puşkin meydanında eləyək. Bütün dünya görsün ki, əsl incəsənət nədir, saxta təbliğat nə” – bu sözləri deyən nazir canlı efirdə yazıçının kitabını kiçik hissələrə bölüb.
Xatırladaq ki, Svetlana Alekseyeviç bir müdət əvvəl müsahibəsində Rusiya əleyhinə təndqidi fikirlər səsələndirib. Rusiya rəsmilərinin bu addımına isə reaksiya verərək deyib: “Onlar mənə rus dilində işgəncə verirlər. Məni rusca danışmağa, rus kitablarını, Tolstoyu, Puşkini, Bunini ucadan oxumağa məcbur edirlər”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər