BolgeXeber.Com » Dünya » Bəşər Əsəd hər kimyəvi hücumdan sonra izi itirmək üçün şəhərləri bombalatdırır

Bəşər Əsəd hər kimyəvi hücumdan sonra izi itirmək üçün şəhərləri bombalatdırır

5-07-2017, 10:49
Oxunub: 4 200 Bəşər Əsəd hər kimyəvi hücumdan sonra izi itirmək üçün şəhərləri bombalatdırırRejim insanların kütləvi surətdə öz doğma yurdlarından çıxıb getməsini istəyir

Beynəlxalq təşkilatların Suriyada kimyəvi silahın tətbiq olunması ilə bağlı verdiyi rəylər öz təsdiqini tapmaqdadır. Xan Şeyxuna edilən kimyəvi hücum zamanı şəhərdə olan həkim Fransanın “Liberation” qəzetinə verdiyi müsahibədə Əsəd rejiminin bu cür hücumlarla başqa məqsəd güddüyünü söyləyir.

Doktor Murad bu ilin aprel ayının 4-də Xan Şeyxuna atılan bombalarda sarin qazından istifadə olunması ilə bağlı Kimyəvi silahların qadağan olunması üzrə təşkilatın (KSQT) ekspertlərinin rəylərinə ehtiyacı olmadığını bildirir. Sutka ərzində şəhərdə fəaliyyət göstərən xəstəxanının direktoru kimyəvi qazdan zəhərlənən insanlara yardım edib.

Doktor Murad Xan-Şeyxunda baş verən dəhşətli mənzərələri unuda bilmədiyini bildirir:
“Nəfəs almağa əziyyət çəkən insanlar şəhərin mərkəzində yerə sərilib can verirdilər. Yüzlərlə insan, qadın və uşaq bu cinayətin qurbanı oldu”.

Həkim hadisədə onlarla bütöv ailələrin məhv edildiyini təsdiqləyir. Həkimin sözlərinə görə, kimyəvi hücumdan qorunmaq üçün şəhərdə ən adi qoruyucu vasitələr olmayıb.Təkcə həmin gecə 400 insana ən primitiv vasitələrlə yardım edilib. Hətta həkimlər belə maska taxmadan işləməyə məcbur olublar. Özlərini qorumaq üçün isə xəstəxana heyəti yanğınsöndürənlərin maşınlarından və ləvazimatlarından, o cümlədən köhnə əleyhqazlardan istifadə ediblər.

Qeyd olunur ki, Xan Şeyxunda həyata keçrilən kimyəvi hücumun olmadığı iddiasını ilk dəfə Rusiya irəli sürüb. Putin administrasiyası təşkilatın məruzəsini “olduqca şübhə doğurucu mənbələrə”əsaslandığını iddia edib.

Suriya həkimlərinin dediyinə görə isə, Suriya aviasiyası kimyəvi hücumdan sonrakı 3 gün ərzində şəhəri daha bir çox dəfə bombardmana məruz qoyub. “Onlar kimyəvi maddələrin izlərini itirmək və nümunələri götürməyə mane olmaq üçün daha bir böyük bombardman həyata keçirdilər. Birinci gün 30 bombadan istifadə edildi, 3 gün ərzində eyni sayda bomba ataraq şəhəri yerlə yeksan etdilər. Ən sonda xəstəxananın bütün infrastrukturunu dağıtdılar”, - doktor Murad bildirir.

Hər kəsi Əsədin öz xalqına qarşı niyə bu cür vəhşilik etməsi düşündürür. Doktor Murad isə bu suala cavab verməyin o qədər də çətin olmadığını qeyd edir. Onun fikrincə, Əsədin tək məqsədi şəhərlərdə yaşayan insanların kütləvi şəkildə öz doğma yurdlarından qovmaq və onları bir daha geri qayıtmaqdan çəkindirməkdir.

“Kimyəvi hücumdan sonra adamların kütləvi surətdə şəhərdən qaçışı başladı. Müxalif fikirli insanların çəkilib getməsi rejimin nəzarəti yenidən ələ keçirməyə çalışdığı bölgələrdəki ilk hədəfidir. Xan Şeyxunda aprelin 4-nə qədər 50 min adam yaşayırdı. İndi burada heç 10 min insan qalmayıb”.
Bəşər Əsəd hər kimyəvi hücumdan sonra izi itirmək üçün şəhərləri bombalatdırır
Bəşər Əsəd hər kimyəvi hücumdan sonra izi itirmək üçün şəhərləri bombalatdırır
Bəşər Əsəd hər kimyəvi hücumdan sonra izi itirmək üçün şəhərləri bombalatdırır
Bəşər Əsəd hər kimyəvi hücumdan sonra izi itirmək üçün şəhərləri bombalatdırır

Musavat.com