BolgeXeber.Com » Media » "Xalq.az" xəbər portalının 4 illik hesabat tədbiri keçirilib-VİDEO

"Xalq.az" xəbər portalının 4 illik hesabat tədbiri keçirilib-VİDEO

5-07-2017, 17:58
Oxunub: 3 147 "Xalq.az" xəbər portalının 4 illik hesabat tədbiri keçirilib-VİDEOBu gün BMM-də Xalq.az xəbər portalının 4 illik hesabatı münasibətilə tədbir keçirilib

Tədbiri giriş sözü açan portalın baş redaktoru Zaur Mirzəzadə belə əlamətdar gündə onun yanında olan media nümayəndələrinə öz təşəkkürünü bildirib.
2013-cü ildə yaradılmış Xalq.az xəbər portalı müstəqil informasiya siyasəti həyata keçirir.
Qsa müddətdə geniş oxucu kütləsinin rəğbətini qazanan portal ölkənin aparıcı media orqanlarından birinə çevrilib.
Portal ictimai-siyasi, iqtisadi,elm, təhsil, səhiyyə və sosial mövzularda fasiləsiz olaraq dəqiq və operativ xəbərlər yayımlayır.
Xəbər portalının təsisçisi və baş redaktoru Zaur Mirzəzadə gələcək planlar haqda danışıb.
İnanırıq ki, Xalq.az xəbər portalı gələcəkdə daha böyük uğurlara imza ataraq öz oxucularını sevindirəcək.
Bolgexeber.com