BolgeXeber.Com » İdman » Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq
Azərbaycan klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaq
6-07-2017, 09:50
Oxunub: 3 162
Bu gün "İnter" və "Zirə" klubları Avropa Liqasında I təsnifat mərhələsinin cavab görüşünə çıxacaqlar. "Report"un məlumatına görə, Azərbaycan təmsilçilərindən biri evdə, digəri səfərdə oynayacaq
"İnter" Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da Serbiya "Mladost"u ilə üz-üzə gələcək. Bu komandalar arasındakı ilk matçda Zaur Svanadzenin baş məşqçi olduğu komanda 3:0 hesablı qələbə qazanıb. Serbiyadan böyük üstünlüklə qayıdan bakılılar növbəti mərhələyə vəsiqəni böyük ölçüdə təmin ediblər.
Avrokuboklarda debüt edən "Zirə" isə Lüksemburqda "Düdelanj"la qarşılaşacaq. İlk görüşdə Ayxan Abbasovun baş məşqçi olduğu komanda 2:0 hesablı qələbə qazanıb. Cavab görüşündə Azərbaycan komandasını hətta qol vurmaq şərtilə 2 top fərqli məğlubiyyət də qane edir. Mərhələ adlayacağı təqdirdə, "Zirə" Rumıniya "Astra"sı ilə üz-üzə gələcək.
Qeyd edək ki, hər iki oyun eyni saatda başlanacaq.
Avropa Liqası
I təsnifat mərhələsi
Cavab görüşləri
6 iyul
21:00. “İnter” (Azərbaycan) – “Mladost” (Serbiya)
Baş hakim: Nikolay Balakin
Baş hakimin köməkçiləri: Vladimir Volodin, Aleksandr Korniyko
Dördüncü hakim: Anatoli Jabçenko (hamısı Ukrayna)
Hakim-inspektor: Robert Malek (Polşa)
UEFA nümayəndəsi: Sergey Lisniç (Moldova)
Bakı. “Dalğa Arena” stadionu
İlk oyun – 3:0
21:00. “Differdanj” (Lüksemburq) – “Zirə” (Azərbaycan)
Baş hakim: Boris Marhefka
Baş hakimin köməkçiləri: Tomaş Vorel, Yan Pozor
Dördüncü hakim: Pavol Xmura (hamısı Slovakiya)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
UEFA nümayəndəsi: Marton Esterhazi (Macarıstan)
Differdanj Şəhər Munisipal stadionu
İlk oyun – 0:2
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər