BolgeXeber.Com » Dünya » Günün qoroskopu: halal mal itməz

Günün qoroskopu: halal mal itməz

6-07-2017, 10:15
Oxunub: 2 795 Günün qoroskopu: halal mal itməzBuğa - rəqiblərinizin sizi nəinki ötməyə, heç sizə çatmağa belə, şansları yoxdur

Qoç - gün sizdən cəsarət tələb edəcək. Sizsə etiraz etməyəcəksiniz. Məqsədinizə çatmaq üçün indi hər şeyə hazırsınız. Maraqlıdır ki, işiniz nə qədər artırsa, enerjiniz də o qədər çoxalır.

Buğa - rəqiblərinizin sizi nəinki ötməyə, heç sizə çatmağa belə, şansları yoxdur. Bir çox şəxsi probleminiz öz-özünə həll olunacaq. Əgər bu gün arxanızca bütün körpüləri yandırmaq istəyi yaransa, heç durmayın, deməli, elə belə də lazımdır.

Əkizlər - istənilən şəraiti öz xeyrinizə çevirə biləcəksiniz. Danışıqlarda uğur sizindir, hətta ən inadcıl skeptikləri haqlı olduğunuza inandıracaqsınız. Yaxınlarınızla münasibətlərinizin necə olacağına bu gün ancaq siz qərar verirsiniz.

Xərçəng - əgər sizin qanınız qaradırsa, onlar da əsəbi və adamayovuşmaz olacaqlar, gülsəniz - güləcəklər. Keçmiş bağlılığınız sevgiyə çevrilə bilər, amma diqqətli olun, yeni romantik münasibətlərə hazırsınızmı?

Şir - özünüz olun, prinsiplərinizi dəyişməyin. Çətinliklərə baxmayaraq, peşənizlə bağlı məsələləri asanlıqla həll edəcəksiniz. Faydalı insanlarla tanış olacaq və vaxtınızı yaxşı keçirəcəksiniz.

Qız - bir az mühafizəkar və diqqətcil olun. Günün ilk yarısı istənilən təcrübə üçün təhlükəlidir. Xüsusilə də özlərini yeni sahədə sınamaq istəyən Əkizlər ehtiyatlı olmalıdırlar.

Tərəzi - iş tərəfdaşlarınızla və rəhbərliklə aradakı anlaşılmazlığa son qoya bilərsiniz. Bir az da inad eləsəniz, vəzifənizi qaldıracaqlar. Günün ikinci yarısı sizi çox maraqlı tanışlıq gözləyir. Ciddi deyil, amma xoşdur.

Əqrəb - özgələrinin günahı ucbatından uzanan işləri bitirmək imkanınız var. İdeyalarınız o qədər yaxşıdır ki, çətin ki, kimsə onlarla razılaşmasın.

Oxatan - şəxsi münasibətlər baxımından yaxşı gündür: yaxınlarınızla ünsiyyətə heç nə mane olmur, romantik görüşlər xoş keçir. Hətta indiyədək dil tapa bilmədiklərinizlə də yaxşı anlaşacaqsınız.

Oğlaq - cəsarətli olun, çətinliklərdən qorxmayın. Asan gün deyil, ancaq uğur qazanmaq şansınız da yox deyil. İntizamlı olmağınızdan çox şey asılıdır.

Dolça - Pulları yığmaq zamanıdır. Ancaq gözləmək olmaz ki, əvəlki zəhmətinizin haqqı və ya yatırımlarınızın bəhrəsi özü gəlib sizi tapacaq. Yarını axtaranlar üçün münasib gündür.
Günün devizi: halal mal itməz!

Balıqlar - Yeni iş yerində özünüzü yaxşı tərəfdən göstərməyə tez nail olacaqsınız. Şəxsi həyatınızda sakitlikdir, arada xoş çalarlar da yaranır. Yalqız Balıqlar üçün bu gün yeni həyat başlayır, ağrılı keçmişi unudun.