Hibrid noutbuk təqdim olundu
6-07-2017, 11:00
Oxunub: 3 121
“Panasonic” şirkəti hibrid formalı təhlükəsiz “Toughbook CF-XZ6” noutbukunu təqdim edib
Yeni cihaz şirkət top menecerləri, biznes konsultant, merçendayzer, auditor və dövlət qulluqçuları üçün nəzərdə tutulub
Bolgexeber.com ICTnews-a istinadən bildirir ki, “Panasonic Toughbook CF-XZ6” cihazı 2160x1440 piksel təsvir ölçülü 12 düymlük ekran, yeddinci nəsil “Intel Core i5-7300U vPro” prosessoru, 8 QB-lıq əməli yaddaş və 256 QB-lıq sərtgövdəli daşıyıcı ilə təchiz edilib.
Leptopun qapağını ayırmaqla onu planşetə çevirmək mümkündür. “CF-XZ6” modeli “Panasonic Toughbook” seriyasında dördüncü qurğudur. Cihazın çəkisi 1,18 kq-dır, planşetin çəkisi isə 640 qr-dır. Yeni model 76 sm hündürlükdən yerə düşməyə davamlıdır.
Real vaxt rejimində videokonfransların təşkili və ya foto sənədlərin saxlanılması üçün ön və əsas kameralardan istifadə edilə bilər. Əsas kameranın təsvir ölçüsü 8 meqapikseldir.
Qurğu noutbuk rejimində 14 saatadək fasiləsiz işləyə bilər.
“Toughbook CF-XZ6” biznes noutbukunun qiyməti təxminən 2000 dollar təşkil edir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə