BolgeXeber.Com » Gündəm » “Yasamal MTK” Ağamalı Sadiq Əfəndinin ailəsinə qarşı qanunsuzluğu dayandırmır

“Yasamal MTK” Ağamalı Sadiq Əfəndinin ailəsinə qarşı qanunsuzluğu dayandırmır

6-07-2017, 11:18
Oxunub: 3 459 “Yasamal MTK” Ağamalı Sadiq Əfəndinin ailəsinə qarşı qanunsuzluğu dayandırmır“Yasamal MTK” Ağamalı Sadiq Əfəndinin ailəsinə qarşı qanunsuzluğu dayandırmır

“Mən mənzilimi tələb edirəm. ”Yasamal MTK" 2012-ci ildən bəri vaxt uzatmaqla məşğuldur. Müqavilə bağlayanda məni inandırdılar ki, 3 aya evi tikib verəcəklər. İnandım, pulu ödədim. 5 il ötüb, mənzilimi vermirlər. Tələbim odur ki, mənzilimi versinlər". Bu sözlərin müəllifi Orxan Əfəndiyev jurnalistikamızın dəyərli nümayəndəsi, milli-azadlıq hərəkatının öncüllərindən biri, mərhum Ağamalı Sadiq Əfəndinin oğludur. Orxan Əfəndiyevin sözlərinə görə, 2012-ci ildə atasından qalma mənzili də, üstəlik, banklardan götürdüyü kreditlər də əlindən gedib: “Məcburiyyət qarşısında ata evimizi satdıq, 2 bankdan pul götürüb aparıb ”Yasamal" MTK-ya verdim. Pulu almazdan öncə inamla deyirdilər ki, 3 aya bina hazır olacaq, mənzilinizi alacaqsız. Elə inandırdılar ki, heç bir tərəddüdsüz pulu verdik. 3 ay illərə çevrildi. Üstündən 5 il keçib, bu gün də kirayələrdə yaşayıram. MTK ilə aramızda bağlanan müqavilə var. Mənə maliyyə arayışı da veriblər. Çünki mənzilin pulunu - 55 min 200 manatı tam ödəmişdim. Mənzili mənə satanda dedilər ki, binanı 3 aya təhvil verəcəklər. Hər dəfə müddət bitəndə gedirdim, deyirdilər ki, 3 ay sonra binanı təhvil veririk. Təxminən 1 il 3 ay əvvəl növbəti dəfə binaya gedəndə gördüm ki, mənzilimə qapı qoyublar. Orada Faiq adlı MTK işçisi var, ona yaxınlaşdım. Soruşdum ki, mənzilimə qapı niyə qoyulub? Cavab verdi ki, MTK-ya borcunuz var. Əlimdə müqavilə, maliyyə arayışı olduğunu diqqətinə çatdırdım ki, borcum yoxdur. Bundan sonra da dedi ki, mənzilini başqasına satmışıq. Etirazımı bildirdim, şikayətlər etdim, xeyri olmadı. Polisə, prokurorluğa yazdıq, nəticə olmadı. Üstəlik, MTK-da məni hədələdilər, dedilər ki, binaya gəlmə".

O.Əfəndiyev pulunu ödədiyi mənzilin ona təslim edilməsi üçün Yasamal Rayon Məhkəməsinə iddia ərizəsi verib. Məhkəmə iddianı təmin edərək “Yasamal” MTK-nın üzərinə O.Əfəndiyevə mənzilin verilməsini qət edib. “Yasamal” MTK-da qanunsuzluqla üzləşən təkcə O.Əfəndiyev deyil. 100-ə yaxın vətəndaş faktiki zərərçəkmişdir. Cavabdeh tərəf “Yasamal” MTK-nın sədri Cahangir Alışovdur. Orxan Əfəndiyev MTK-dan evi alıb və mənzilin dəyərini tam ödədikdən sonra ona maliyyə arayışı verilib. Sonradan isə onun aldığı mənzilə qapı quraşdırılıb. Müqavilədə isə mənzilə MTK tərəfindən qapı quraşdırılması nəzərdə tutulmayıb. MTK-nın işçisi Faiq də Orxana deyib ki, sədr Cahangir Alışov mənzili başqa şəxsə satıb. Əvvəlcə dedilər ki, mənzilə görə borc var, ona görə qapı qoyulub. Sonra araşdırma aparıldı, məlum oldu ki, borc yoxdur. Bundan sonra da mübahisə qarşı tərəfin qanunsuzluqlarına görə davam etdi və məhkəməyə müraciət etdik. İddiamız tam haqlıdır. “Yasamal” MTK tamamilə qanunsuzluq edir, vətəndaşı tam qanuni mənzilinə buraxmır".

Yasamal Rayon Məhkəməsinin qətnaməsini qarşı tərəf mübahisələndirib. Abşeron Rayon Məhkəməsi O.Əfəndiyevi məhkəməyə belə dəvət etmədən “Yasamal MTK”nın xeyrinə qərar çıxarıb. Tərəflər arasında bağlanan müqavilə qanunsuz olaraq ləğv olunub. Bundan sonra O.Əfəndiyev Sumqayıt Şəhər Apelyasiya Məhkəməsinə üz tutub: “Vaxt uzatmağa çalışırlar. İlk məhkəmə iddiamız zamanı da belə etdilər. Məhkəmə araşdırmaları gedən müddətdə müşahidəçi oldular. Prosesin sonuna yaxın MTK qarşılıqlı iddia verdi ki, guya maliyyə arayışını mənə səhv edib veriblər. Bu qədər gülməli iddia vermələri başadüşüləndir. Digər tərəfdən, Cinayət Prosessual Məcəllənin tələbinə görə, qarşılıqlı iddia məhkəmənin hazırlıq iclasında verilə bilər. Ona görə də hakim həmin iddianı icraata qəbul etməkdən imtina etmişdi. İndi də süni şəkildə prosesin uzanmasına çalışırlar. Mən evimi tələb edirəm, bunlar vaxt uzadırlar, düşünürlər ki, bezib əl çəkəcəyəm”.
Mövzunu diqqətdə saxlayacağıq. musavat.com