BolgeXeber.Com » Ölkə » Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi ilə bağlı maarifləndirici İşgüzar Forumları davam etdirir

Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi ilə bağlı maarifləndirici İşgüzar Forumları davam etdirir

6-07-2017, 14:30
Oxunub: 3 861 Əmlak Məsələləri Dövlət Komitəsi torpaq idarəçiliyi ilə bağlı maarifləndirici İşgüzar Forumları davam etdirirƏmlak Məsələləri Dövlət Komitəsi tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi və inzibatçılığı, habelə torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, torpaq bazarının təşkili ilə bağlı regionlarda maarifləndirici İşgüzar Forumlar keçirilir

Növbəti belə forum iyulun 6-da Cəlilabadda baş tutub. Tədbir yerli icra hakimiyyətləri, bələdiyyələr, aidiyyəti dövlət qurumlarının nümayəndələri, iri torpaq mülkiyyətçiləri və KİV nümayəndələrinin maarifləndirilməsi məqsədilə keçirilib. Forumun növbəti məkanı iyulun 7-də Salyanda olacaq.
Məlumdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində mühüm tədbirlər görülür, müvafiq fərmanlar imzalanır, tapşırıqlar verilir. Möhtərəm Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanına əsasən torpaqlardan istifadəyə və onun mühafizəsinə dövlət nəzarəti tədbirlərinin gücləndirilməsi, aidiyyətı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu sahədə fəaliyyətinin əlaqələndirilməsinin təmin edilməsi, torpaqların səmərəli istifadəsinin təşkili, torpaqların münbitliyinin, keyfiyyət göstəricilərinin artırılması prioritet məsələ kimi müəyyən olunub. Əmlak Məsələləri Dövlət Komitəsi də fərmana uyğun olaraq torpaq idarəçiliyi və inzibatçlılığı sahəsində genişmiqyaslı tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri həyata keçirilən maarifləndirici İşgüzar Forumlardır.
İşgüzar Forumların keçirilməsinin əsas məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyətı qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırmaq, onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyini bildirmək, o cümlədən, torpaq idarəçiliyində yaranan qanunpozuntularına qarşı tətbiq olunan inzibati xətalar və sanksiyalar barəsində maarifləndirməkdiir. Eyni zamanda yerli icra hakimiyyəti, bələdiyyələr, fiziki, hüquqi şəxslər və digər istifadəçilərə torpaqların istifadəsi ilə bağlı hüquq və vəzifələrini agah etmək, torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində maarifləndirmək, vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir.
Forumun keçirilməsi Komitənin torpaqla bağlı fəaliyyətinin icrasında səmərəliliyin və effektivliyin daha da artırılması məqsədi ilə yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əlaqələrin təşkilində mühüm əhəmiyyət kəsb edir. Belə forumların keçirilməsi müxtəlif istiqamətlərdə əməkdaşlığın reallaşdırılmasına, bu işlərinin daha sıx həyata keçirilməsinə imkan yaradır.
Tədbirdə Komitə nümayəndəsi “Torpaq idarəçiliyi və inzibatçılığının prinsipləri, bu sahədə tətbiq olunan yeni yanaşmalar” mövzusunda təqdimatla çıxış edib. Bildirilib ki, torpaq idarəçiliyində, torpaq bazarının təşkilində, torpaqların səmərəli istifadəsində, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətində yeni yanaşmalar, modern üsullar, innovativ layihələr tətbiq edilməklə mühüm işlər görülür. Bu sahələrin müasir metodlarla idarə edilməsi diqqətə çatdırılıb. Torpaqlardan düzgün, səmərəli istifadənin elementləri və prinsipləri barədə məlumat verilib Torpaq idarəçiliyində yaranan qanunpozuntularının qarşısının alınması, bununla bağlı inzibati xətalar və sanksiyalar izah olunub. Qeyd olunub ki, torpaq sahələrindən əsassız və qeyri-qanuni istifadə hallarının, torpaq qanunvericiliyinə zidd özbaşına tikintilərin aparılmasının qarşısının alınması istiqamətində tədbirlər gücləndirilib. Bildirilib ki, belə qanunpozuntularının aradan qaldırılması üçün torpaq müfəttişləri tərəfindən monitorinq və reydlər keçirilir. Qanunpozuntusuna yol verən şəxslərə qanunvericiliyə uyğun protokollar tərtib edilir.
Vurğulanıb ki, vahid idarəçiliyin tətbiqində mühüm əhəmiyyət daşıyan bütün kateqoriyalı torpaqların elektron uçotu, xəritələşməsi və məlumat bazasının yaradılması istiqamətində işlər aparılır. Ölkə ərazisindəki bütün torpaqlar elektron kadastr uçotuna alınaraq Torpaqların Elektron Uçotu İnformasiya Sistemi yaradılır. Bu sistemin məlumatlarına istinad etməklə torpaqla bağlı əsassız istifadə hallarının qarşısının alınmasına, torpaq ehtiyatlarının idarə edilməsinin təkmilləşdirilməsinə dair qərarlar qəbul edilir. Müasir bələdiyyə və relyef xəritələrinin hazırlanmasına nail olunur.
Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara Komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.
Komitə tərəfindən növbəti belə maarifləndirici İşgüzar Forumlar Quba və Abşeron rayonlarında keçiriləcəkdir.
Bolgexeber.com