BolgeXeber.Com » Şou-Biznes » ŞOK! ATV-nin evlənmə verilişi qadın alverinə görə bağlanıb?

ŞOK! ATV-nin evlənmə verilişi qadın alverinə görə bağlanıb?

29-01-2011, 12:25
Oxunub: 9 032 «Onun yarısı» proqramı ilə bağlı dəhşətli iddialar yayılıb

“Azad Azərbaycan Televiziyasında (ATV) yayımı dayandırılan “Onun yarısı” verilişi ətrafında qalmaqal davam edir. Dünən redaksiyamıza hüquq-mühafizə orqanlarındakı mənbədən daxil olan məlumata görə, həmin verilişlə bağlı insan alveri ittihamı ortaya çıxıb. Mənbə qeyd edir ki, telekanalda verilişin yayımının dayandırılması da bununla bağlıdır. Artıq insan alveri ilə bağlı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə İdarəsinə də müraciət edilib. Mənbə qeyd edir ki, bir qrup qadın həmin verilişə öz oğlanlarını çıxardaraq ora gələn qızları almağa razı olduqlarını bildiriblər. Bununla bağlı həmin telekanaldakı layihə çərçivəsində Bakıda yerləşən şadlıq sarayında toy mərasimi qurulur. Mərasimdən sonra həmin qızları Dubaya və Türkiyəyə apararaq, cinsi istismara məruz qoyurlar. Mənbə bildirir ki, bu səbəbdən veriliş bağlanıb və aparıcısı Zaur Baxşəliyev cəzalandırılıb. Bir az əvvəl sadalanan ehtimallar araşdırıldıqdan sonra Zaur Baxşəliyev telekanladan kənarlaşdırılıb.

Bundan başqa həmin layihə çərçivəsində Nənəxanım adlı bir qız Rusiyada yaşayan azərbaycanlı biznesimenlə tanış olub. Həmin verişişdə tanış olan “cütlük” ailə həyatı qurublar. Nənəxanımla Bakıda toyu olandan sonra biznesmen onu Rusiyaya aparıb. Bir neçə ay Rusiyada qalan Nənəxanım “ərini” qarət edib və Azərbaycana qaçıb. Mənbənin sözlərinə görə, Nənəxanım azərbaycanlı biznesmenin külli miqdarda qızılını və pulunu gətirib. Var-dövləti talanan biznesmen Bakıya gəlib, əvvəlcə ATV-yə şikayət edib. ATV rəhbərliyi məsuliyyət daşımadığını və qadının ünvanından xəbəri olmadığını bildirib.

Bundan sonra biznesmen Nənəxanımın və “Onun yarısı” verilişinin aparıcısı Zaur Baxşəliyevin barəsində Daxili İşlər Nazirliyinə şikayət edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov isə açıqlamasında bu məlumatları nə təsdiq, nə də təkzib etdi. Cənab Zahidov dedi ki, ATV telakanalında yayımlanan “Onun yarısı” verilişi ilə bağlı Daxili İşlər Nazirliyinə heç bir şikayət edilməyib.

Bu arada ANS telekanalında da ATV-də yayımı dayandırılan “Onun yarısı” verilişinə oxşar layihə həyata keçirilir. Dünən mətbuatın yaydığı məlumata görə, ANS-də yayımlanan “Toy olsun” verilişinin də yayımının dayandırılması üçün tədbirlər həyata keçirilir. Məlumat üçün qeyd edək ki, hər iki verilişə gələn qızları efirə çıxarırlar. Həmin efirdə də qızlara elçilik oyunu həyata keçirilir və sonda çütlüyü evləndirirlər.

Belə layihələr dünya telekanllarında da həyata keçirilir. Misal üçün, Türkiyənin STV telakanalında yayımlanan “Evələndirək” proqramında da insan alveri faktı ortaya çıxmışdı. Həmin telekanalın rəhbəri bu faktı araşdıraraq, müəyyən edəndən sonra jurnalist əməliyyatı həyata keçirmişdi; verilişə gələn kişinin niyyətini ifşa edərək faktı canlı efirdə yayımlamışdı. Lakin Azərbaycan telekanllarında belə əməliyyatlar həyata keçirilmir. Kimin kimdən xoşu gəldi evləndirirlər.

Bir müddət əvvəl oxşar iddialar ATV-də yayımlanan “Qəfəs” verilişi ilə də bağlı olaraq ortaya çıxmışdı. Həmin verilişdə oğlan və qızları eyni evdə saxlayaraq layihə həyata keçirirdilər. Evin hər yerinə kameralar qoyaraq qızların hərəkətlərini lentə alırdılar və sonrada həmin qızları şantaj etməklə məşğul olurdular. Lakin bu faktdan xəbər tutan müvafiq qurumlar layihənin yayımının dayandırılmasına göstəriş vermişdilər.

ATV telekanalının 2006-cı ildə “Qəfəs” realiti-şousunun çəkilişini apardığı Badamdar qəsəbəsindəki malikanədə dəm qazının sızması nəticəsində iki nəfər həlak olmuşdu. Onlardan biri malikanənin mühafizəzisi, o biri isə montajçı idi. Hüquq-mühafizə orqanları faciənin səbəblərini müəyyənləşdirmək məqsədilə təhqiqata başlamışdılar. Ancaq Səbail rayon Prokurorluğunda aparılan araşdırmanın nəticəsi açıqlanmadı. Bu günə qədər də nə Baş Prokurorluq, nə Bakı şəhər Prokurorluğu, nə də Səbail rayon prokurorluğu bu məsələyə aydınlıq gətirməyiblər. /"Bizim Yol"/