BolgeXeber.Com » Bölgə » Goranboyda su limitlə verilir - sakinlər narazıdır - VİDEO

Goranboyda su limitlə verilir - sakinlər narazıdır - VİDEO

7-07-2017, 10:14
Oxunub: 3 572 Goranboyda su limitlə verilir - sakinlər narazıdır - VİDEOQuyudan çıxarılan suyun limitlə verilməsi sakinlərin narazılığına səbəb olub

Xezerxeber.az-ın məlumatına görə, Goranboyun Xanqərvənd kəndinin sakinləri həyətyanı sahələrini suvarmaq, mal-qaranı su ilə tam təmin etmək üçün artezian quyuların 24 saat xidmət göstərməsini tələb edirlər.
Yerli sakinlər bildirir ki, bir artezian quyusu 84 su istifadəçisinə xidmət göstərir. Həyətyanı sahələrin suvarılması üçün verilən limit onları qane etmir.
Goranboy Subartezian Quyularının İstismarı İdarəsindən isə bildirildi ki, elektirik enerjisindən səmərəli istifadə üçün limit tətbiq olunub.
İdarədən bildirildi ki, onlara ayrılan elektrik sərfiyyatı artırılsa, su verilişini 24 saat təmin etmək olar.