BolgeXeber.Com » Sosial » Soyğunçu banklar: Borclulardan sonra zaminlər də…

Soyğunçu banklar: Borclulardan sonra zaminlər də…

7-07-2017, 12:27
Oxunub: 2 655 Soyğunçu banklar: Borclulardan sonra zaminlər də…Əkrəm Həsənov: “Bankın ixtiyarı yoxdur ki, istər borclunun, istərsə də zaminin girov qoyduğu əmlakı harasa aparsın”

Mingəçevirdə dostuna zamin duran şəxsin avtomobilini bank əlindən alıb. Məlumata görə, şəhər sakini Teymur Məmmədov uzun illər dostluq etdiyi Kərəm Əhmədova zamin duraraq, bankdan 2900 manat pul götürməsinə şərait yaradıb. Bir müddət adıçəkilən şəxs krediti ödəsə də, daha sonra işdən çıxdığı üçün ödənişi dayandırıb. Kərəm Əhmədov 3 il öncə bankdan götürülən pulu geri qaytara bilmədiyinə görə, zamin kimi Teymur Məmmədovun 6 min manatlıq maşını cərimə meydançasına aparılıb. Bankdan bildirilib ki, ödəniş edildikdən sonra avtomobil geri qaytarılacaq.
Mingəçevir sakini Teymur Məmmədov hazırda 500 manata yaxın əmək haqqı alır.Mütəxəssislər hesab edirlər ki, avtomobilə yalnız məhkəmə qərarı ilə həbs qoyula bilər. Qanuna əsasən, məhkəmə müddətində və ya qətnamədən sonra proses həyata keçirilir.

Soyğunçu banklar: Borclulardan sonra zaminlər də…


Hüquqşünas Əkrəm Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, məhkəmə qərarı olmadan zaminə məxsus mülkün götürülməsi tamamilə qanunsuzdur:

“Bank yalnız məhkəməyə müraciət edə bilər. Ümumiyyətlə, bankın ixtiyarı yoxdur ki, istər borclunun, istərsə də zaminin girov qoyduğu əmlakı harasa aparsın.Bu, qanunsuzdur.Əgər məhkəmənin borcun ödənilməsi barədə qərarı olsaydı, bu halda zamin də borca sahib olduğu əmlakı ilə cavabdehdir. Avtomobilini və yaxud digər əmlakını itirən zamin həmin əşyaların dəyərini borcu alan şəxsdən tələb edə bilər”.