Uşaqlı ailələrdə boşanmalar artıb, uşaqsız ailələrdə isə azalıb
10-07-2017, 10:51
Oxunub: 3 090
Azərbaycanda uşaqlı ailələrdə boşanma halları artıb, uşaqsiz ailələrdə isə boşanma halları azalıb
Bolgexeber.com bildirir ki, Trend-in statistik məlumatlara istinadən apardığı araşdırmaya əsasən, ötən il Azərbaycanda 13 114 boşanma qeydə alınıb ki, ayrılma nəticəsində 11 295 uşaq valideynlərin biri ilə qalıb.
Boşanmaların 3 399-u 1 uşaqlı ailələrdə qeydə alınıb. Müstəqillik illərində bir uşağı olan ailələrdə ən çox boşanma halı 1990-cı ildə qeydə alınıb. Həmin il Azərbaycanda bir uşağı olan 2045 ailə boşanıb.
Sonrakı illərdə bu göstərici azalmağa doğru dəyişsə də, 2011-ci ildən sonra bu say getdikcə artıma doğru dəyişib. 2014-cü ildə 1 uşağı olan ailələrdə olan boşanmaların sayı 1990-cı ildən də yüksək səviyyəyə çatıb. 2013-cü ildə Azərbaycanda bir uşağı olan 1921 ailə boşandığı halda, 2014-cü ildə bu rəqəm 2798-ə çatıb. 2015-ci ildə 2 838, 2016-cı ildə isə 1 uşaqlı 3 399 ailə boşanıb.
Boşanma halları 18 yaşadək iki və daha çox uşağı olan ailələrdə də artıb. 2013-cü ildə Azərbaycanda 1837, 2014-cü ildə isə 2450, 2015-ci ildə 2 976, 2016-cı ildə 3 569 belə ailədə boşanma qeydə alınıb.
2016-cı il ərzində hər 100 boşanmaya düşən uşaqların ümumi sayı 162 olub.
Ötən illər ərzində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların da sayı artıb. 1990-cı ildə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı (göstərilən dövr ərzində boşanmaların sayının həmin dövr ərzində əhalinin orta illik sayına nisbəti) 2 olduğu halda, 1995-ci ildən bu əmsal 0, 8 göstəricisinə enib. 2005 və 2007-ci illər istisna olmaqla, sonrakı illərdə əhalinin hər 1000 nəfərinə düşən boşanma əmsalı demək olar ki, eyni həddə olub. Lakin 2010-cu ildən sonra bu, yenidən artıma doğru dəyişib və getdikcə yüksələrək 2016-cı ildə 1,4-ə çatıb.
Uşağı olmayan ailələrdə isə boşanmaların sayı azalıb. 2011-ci ildə Azərbaycanda 10 747 boşanmanın 7 368-ü, 2012-ci ildə 11 087 boşanmanın 7 575-i, 2013-cü ildə 11 730 boşanmanın 7 972-si uşağı olmayan ailədə qeydə alındığı halda, sonrakı 2 ildə bu göstərici azalaraq 2014-cü ildə 6 840, 2015-ci ildə 6 950, 2016-cı ildə isə 6 146-a enib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər