BolgeXeber.Com » Bölgə » Neftçalada daha bir cinayət

Neftçalada daha bir cinayət

29-01-2011, 12:30
Oxunub: 6 269
Bu dəfə otelin qarovulçusu iş yerində bıçaqlanıb

Bir müddət əvvəl Neftçala rayon Polis Şöbəsində intihar hadisəsi baş verdikdən sonra daha bir cinayət hadisəsi qeydə alınıb. Bolgexeber.com-a verilən məlumata görə, rayonun mərkəzində yerləşən otelin qarovulçusu gecə yarısı iş yerində bıçaqlanıb.

Məlumatda deyilir ki, Ədalət adlı həmin şəxsin bıçaqlanması və kim tərəfindən cinayət törədildiyi dəqiqləşməyib. Neftçala rayon Polis Şöbəsinin apardığı araşdırmalar da hələlik heç bir nəticə verməyib.