BolgeXeber.Com » Dünya » Əfsanəvi futbolçu doqquzuncu dəfə ata oldu

Əfsanəvi futbolçu doqquzuncu dəfə ata oldu

10-07-2017, 15:13
Oxunub: 2 631 Əfsanəvi futbolçu doqquzuncu dəfə ata olduBraziliya millisinin və “Real”ın keçmiş futbolçusu Roberto Karlos növbəti dəfə ata olub

Apasport.az saytının məlumatına görə, bu barədə “AS” nəşri xəbər yayıb. Bildirilib ki, bu həftəsonu 44 yaşlı braziliyalının qız övladı dünyaya gəlib. Karlosun 3-cü həyat yoldaşı Mariana Lukondan olan uşağın adını Marina qoyublar.

Bu, Lukon və Robertonun ikinci övladı olsa da, ümumilikdə braziliyalı keçmiş müdafiəçinin 9-cu uşağıdır.

Onun ilk xanımından 3, ikinci xanımından isə 4 övladı daha var.