İbrahim Mehdiyevin dəyəri milyonlarla ölçülən obyektləri üzə çıxdı
10-07-2017, 18:53
Oxunub: 3 985
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev “Sovetski” adlanan ərazidə “Hacı Cavad” məscidinin özbaşına sökülməsinə görə, Yasamal İcra Başçısı İbrahim Mehdiyevi tutduğu vəzifədən azad edib
Unikal.org keçmiş İcra başçısı ilə bağlı şok faktlar əldə edib. Belə ki, İbrahim Mehdiyevin təkcə Bakıda 10-dan artıq milyonluq obyektləri, İsveçrədə isə böyük əmlaka sahib olması barədə etibarlı mənbədən məlumat əldə edib.
İbrahim Mehdiyevin obyektlərinin siyahısını oxuculara təqdim edirik:
Mənbə bildirir ki, eks icra başçısı 2000-ci ildən 2006-cı ilədək Bakı şəhər Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışarkən köhnə maşın bazarının arxasında böyük torpaq sahəsini ələ keçirib. Onun sözügedən rayonda mükləri bununla bitmir. Belə ki, Bakı şəhəri, Sarayevo küç, 1 (Əhmədli metrosunun yanı) Soliton Mağazalar Şəbəkəsinin yerləşdiyi bina, “Baku Electronics” MMC-nin Əhmədli filialının binası, Əhmədlidə bir neçə yerdə məşhur hamamları var. Həmçinin o, Xətai rayonunda bir neçə yaşayış binasında mənzilləri və bahalı villaları da var.
Bununla belə, İ.Mehdiyev 6 sentyabr 2006-cı il tarixli Sərəncamı ilə Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Yasamalda da bir sıra iri milyonluq obyektlərin sahibidir.
Belə ki, İ.Mehdiyevin Yasamalda və Əhmədlidə bir neçə uşaq bağçası, diş klinikası, villaları, boş torpaq sahələri də var.
“Eklint” restoranlar şəbəkəsi, “Volvo” şirkətinin binası da ona məxsusdur.
Eks icra başçısının mülkləri bununla bitmir. İ.Mehdiyevin Nərimanov rayonunda metronun yaxınlığında iri kompüter mağazası da var.
İ.Mehdiyevin oğlu Həsən Mehdiyev İsveçrədə yaşayır. O atasının pullarını bu ölkənin banklarında qoruyur və orada böyük biznes şəbəkəsinə malikdir. Bununla belə Bakıda məşhur “Unipark” şirkəti də ortaq şəriki Həsən Mehdiyevdir.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər