BolgeXeber.Com » Ölkə » Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün yeni layihəyə start verilib

Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün yeni layihəyə start verilib

11-07-2017, 16:56
Oxunub: 2 696 Regionlarda sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi üçün yeni layihəyə start verilib“Aztelekom” MMC “aztelekom.net” internet provayderinin resurs çatışmazlığının aradan qaldırılması, sürətli və keyfiyyətli internet xidmətlərinin təmin edilməsi məqsədi ilə yeni layihəyə start verib

Layihəyə əsasən, şəbəkə infrastrukturunun yenilənməsi və ötürmə qabiliyyətinin yüksəldilməsi üçün daha müasir avadanlıqlar quraşdırılır. Artıq Sumqayıt, Salyan, Kürdəmir, Zaqatala və Ağsu rayonları üzrə test işləri aparılıb və nəticəyə uyğun olaraq yeni avadanlıqlar quraşdırılır.

Hazırda respublikanın 34 regionu üzrə işlər aparılır.

Qeyd edək ki, yeni avadanlıqların quraşdırılması ilə əlaqədar olaraq internet xidmətində müvəqqəti dayanmalar müşahidə oluna bilər.

Problem mütəxəssislər tərəfindən qısa müddətdə aradan qaldırılacaq.
Bolgexeber.com