BolgeXeber.Com » Dünya » Suriyada rusiyalı hərbi müşavir həlak olub

Suriyada rusiyalı hərbi müşavir həlak olub

12-07-2017, 10:46
Oxunub: 2 934 Suriyada rusiyalı hərbi müşavir həlak olubSuriyada rusiyalı hərbi müşavir Nikolay Afanasov həlak olub

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

“Hökumət qoşunlarının Hama əyalətindəki şəhərciyinin silahlılar tərəfindən minaatanlardan atəşə tutulması nəticəsində rusiyalı hərbi müşavir kapitan Nikolay Afanasov həlak olub”, - deyə məlumatda bildirilir.

Nikolay Afanasov, Suriya ordusunun şəxsi heyətinə təlim keçirmiş. Onun ölümündən sonra mükafata təqdim edildiyi bildirilir.