BolgeXeber.Com » Siyasət » İlham Əliyevdən yeni təyinatlar - siyahı

İlham Əliyevdən yeni təyinatlar - siyahı

12-07-2017, 11:12
Oxunub: 2 756 İlham Əliyevdən yeni təyinatlar - siyahıAzərbaycan prezidenti İlham Əliyev Ali Məhkəmənin bəzi məhkəmə kollegiyaları sədrlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb

Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin Mülki Kollegiyasının sədri, Əziz Cəfər oğlu Seyidov isə Ali Məhkəmənin Hərbi Kollegiyasının sədri təyin edilib.

***

Prezident İlham Əliyev Akif Şəfiyevin həqiqi hərbi xidmətdən ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

General-mayor Akif Əli oğlu Şəfiyev hərbi geyim formasını daşımaq hüququ verilməklə həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb.

Dövlət başçısı A. Şəfiyevin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Akif Şəfiyev Dövlət Sərhəd Xidmətində qulluq edirdi.