BolgeXeber.Com » Dünya » Müəmma: Putin kimə qapını açdı? – Video

Müəmma: Putin kimə qapını açdı? – Video

13-07-2017, 10:36
Oxunub: 2 613 Müəmma: Putin kimə qapını açdı? – VideoRusiyanın “Dojd” telekanalı Prezident Vladimir Putinlə bağlı maraqlı məqama diqqət çəkib

Axar.az xəbər verir ki, Putinin Valaame şəhərində monastıra tək gəlmədiyi, onun avtomobilində naməlum şəxsin olduğu bildirilib.

“Zvezda”nın paylaşdığı video-görüntüdə Kreml rəhbərinin Spaso-Preobrajenskomu monastıranın yaxınlığında “Mersedes ML” markalı avtomobilin sükanı arxasından düşdüyü görünür. Prezident arxa qapıya yaxınlaşaraq açır və yenidən bağlayır. Arxada əyləşən insanın siması isə görünmür.

Lakin onun qırmızı rəngli çantasının olduğunu videodan müşahidə etmək mümkündür. Eyni zamanda, ehtimal edilir ki, naməlum şəxs qeyri-rəsmi geyimdə olub. O, Putinə əli ilə nəsə işarə edir, bundan sonra prezident qapını bağlayır və patriarxın gözlədiyi monastıra gedir.

Monastırı isə prezident başqa maşında, patriarxla birgə tərk edir.

Kreml sözçüsü Dmitri Peskov “Qazeta.ru”ya açıqlamasında arxa oturacaqda təhlükəsizlik xidməti əməkdaşının oturduğunu bildirib: “O kişidir, təhlükəsizlik üçün oradadır”.

Adətən, Prezident Putin sükan arxasına keçəndə arxa oturacaqda təhlükəsizlik xidməti əməkdaşı oturur. Ancaq qırmızı çanta nədir?