BolgeXeber.Com » Şou-Biznes » Brilliant Dadaşova elə bağırdı ki... - Doğrunun bağrı yarıldı

Brilliant Dadaşova elə bağırdı ki... - Doğrunun bağrı yarıldı

13-07-2017, 16:44
Oxunub: 3 401 Brilliant Dadaşova elə bağırdı ki... - Doğrunun bağrı yarıldıXəbər verdiyimiz kimi, xalq artisti Brilliant Dadaşovanın erməni qarmonçalan Varujan Şahbazyanla İnstaqramda isti münasibəti hər kəsi təəccübləndirib

Axşam.az-ın məlumatına görə, Dadaşova zənglərə cavab verməsə də, sosial şəbəkədə məsələyə münasibət bildirib.

Müğənni rəqs edən videosunu paylaşaraq özünü müdafiə etməyə çalışıb. O, yazılanları danaraq, bunu özünə qarşı “qara piar” adlandırıb:

“Əziz dostlarım, mənə “qara piar” edən "yalançı vətənpərvərləri" qınamayın. Döyüşlərin ən çətin və qızğın vaxtında səngərlərdə, döyüş meydanlarında əsgərlərimizə dəstək çıxışlarımdan yazmayacaqlar ki... Çünki göndərsən bunlar heç biri o döyüş meydanlarına yaxın getməzdir. Sizə gözəl əhval-ruhiyyə arzulayıram”.

Qeyd edək ki, B.Dadaşova Varujan Şahbazyanının İnstaqramdakı paylaşımlarınıb altına ürək, əla işarələri düzməsi ilə gündəmə gəlib. Daha sonra isə B.Dadaşova Varujanın paylaşımlarının altındakı şərhlərini silib. Eyni zamanda İnstaqramdakı “brilliant_dadashova” adını dəyişərək “brilliant_dadashova_official” edib. Sənətçi həmin şərhləri istifadə etdiyi profildən yazmadığını göstərməyə çalışıb.

Bir məqam da diqqətimizdən qaçmayıb ki, ötən günkü qınaqlardan və mediadakı yazılardan sonra Varujan da İnstaqram profilini bağlı edib. Şahbazyanın B.Dadşovanın istəyi ilə belə bir addım atdığı ehtimal edilir. Varujan B.Dadaşovanı izləyənləri siyahısından da çıxarıb.
Brilliant Dadaşova elə bağırdı ki... - Doğrunun bağrı yarıldı
Brilliant Dadaşova elə bağırdı ki... - Doğrunun bağrı yarıldı