BolgeXeber.Com » Dünya » İrlandiyalının şil-küt etdiyi türklərə daha bir cəza - Video

İrlandiyalının şil-küt etdiyi türklərə daha bir cəza - Video

13-07-2017, 16:48
Oxunub: 2 765 İrlandiyalının şil-küt etdiyi türklərə daha bir cəza - VideoTürkiyə məhkəməsi İstanbulda türk kişiləri döyən irlandiyalı boksçu Məhəmməd Fadeldabbousa bəraət verib

Teleqraf.com xəbər verir ki, qaldığı otellə üzbəüz mağazadan su almaq istəyən turist dolabın qapısını sərt açdığı üçün qablar yerə dağılıb. Bundan sonra onunla satıcı arasında mübahisə başlayıb.

Kənardakı satıcıların da qoşulduğu mübahisə qısa müddətdə davaya çevrilib. Eyni anda bir neçə satıcı turistə hücum edərək əllərindəki ağac, oturcaq və digər əşyalarla ona zərbələr endirməyə çalışıblar. Lakin irlandiyalı turist peşəkar boksçu olduğundan satıcıları bir-bir nokauta salıb.

Elə həmin gün tərəflər məhkəməyə müraciət ediblər. Bu gün Aksaray məhkəməsi qərarını açıqlayıb.

Məhəkəmə əcnəbi boksçunun özünü müdafiə etdiyini bəyan edərək ona bəraət verib. Türk satıcılar isə "qəsdən yaralama" ittihamı ilə 3 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər.