BolgeXeber.Com » Dünya » CNN-nin aparıcısı canlı yayımda ABŞ və Fransanın dövlət himnlərini səhv salıb - VİDEO

CNN-nin aparıcısı canlı yayımda ABŞ və Fransanın dövlət himnlərini səhv salıb - VİDEO

14-07-2017, 11:15
Oxunub: 2 621 CNN-nin aparıcısı canlı yayımda ABŞ və Fransanın dövlət himnlərini səhv salıb - VİDEOCNN telekanalının xanım aparıcısı Poppi Harlou canlı yayımda Amerika lideri Donald Trampın Parisə səfərini işıqlandıran zaman ABŞ və Fransanın dövlət himnlərini səhv salıb

"Report" xəbər verir ki, səhvi "Fox News" telekanalı sezib.Hadisə Fransa prezidenti Emmanuel Makron Parisin tarixi Əlillər Evi ərazisində Trampla əl sıxan zaman baş verib. Həmin vaxt hərbi orkestr ABŞ himnini ifa edib.
"Gəlin bir dəqiqəlik Fransanın milli himninə qulaq asaq", - Harlou canlı yayımda deyib.
Reportaj zamanı səhvi başa düşən CNN əməkdaşlarının pıçıltı səsləri eşidilir. Onların müdaxiləsindən sonra aparıcı səhvini düzəldərək bildirib: "Deməliyəm ki, bu, ABŞ-ın milli himnidir".