BolgeXeber.Com » Media » Vüqar Səfərli: "Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq"
Vüqar Səfərli: "Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq"
14-07-2017, 13:50
Oxunub: 4 264
Mənzil veriləcək jurnalistlərin adı iyulun 21-də açıqlanacaq
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
V. Səfərli mənzillərin paylanması məsələsində şəffaflığın təmin edilməsi üçün komissiya yaradıldığını xatırladaraq, həm Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, həm də Prezident Administrasiyasına ümumilikdən 2 mindən çox sənəd qəbul olunduğunu deyib: "Bunlardan 1000-ə yaxın sənəd təkrarlanan sənədlər idi. Eyni zamanda mətbuata aidiyyəti olmayan insanların da müraciətləri var idi. Qalan 1000 müraciət seleksiya olunub, 255 nəfər müəyyənləşdirilib. İyulun 21-də binanın açılışı olacaq və mənzil veriləcək şəxslərin adı da həmin gün elan olunacaq.
Siyahı hərtərəflidir, istər elektron media, televiziyalar, radiolar, istər qəzetlər, portallar, saytlar hamısı əhatə olunub. Ötən dəfədən fərqli olaraq bu dəfə veteran jurnalistlərin də adı siyahıya salınıb.
Bundan başqa, ailə başçılarını itirmiş jurnalist ailələri də müraciət edib. Onların da müraciətləri nəzərə alınıb. Tam şəffaf, ədalətli seçim edilib".
V. Səfərli nəticədən razı olmayan jurnalistlərin şikayəti ilə bağlı məsələyə münasibət bildirib.
"Hamı hesab edir ki, ev almağa layiqdir. Lakin ev sayı 255 müraciətlərin sayı isə 2 mindən çoxdur. Ona görə də məsələ tam şəffaf şəkildə araşdırılaraq jurnalistlərin xidmətləri, stajları, bir sözlə, bütün şərtlər nəzərə alınaraq seçim edilib.
Bilirsiniz ki, kriteriyalarda 3 il fasiləsiz iş stajının olmasını qeyd eləmişdik. Lakin komissiyada baxdıq ki, bu məsələ narazılıq yaradır. Ona görə də biz bu şərti ancaq redaksiya və televiziyalarda işləyən jurnalistlərə şamil etdik ki, qalan jurnalistlər də fərdi qaydada müraciət edə bilsinlər", - deyə V. Səfərli qeyd edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər