BolgeXeber.Com » Analitika » “Kür” Cəmiyyəti ilə əməkdaşlıq edənlərə qarşı təzyiqlər başlayıb

“Kür” Cəmiyyəti ilə əməkdaşlıq edənlərə qarşı təzyiqlər başlayıb

22-11-2012, 14:55
Oxunub: 5 725 Şikayətçiləri prezidentə müraciətdən, məhkəmə iddialarından və
“Kür” Cəmiyyəti ilə əməkdaşlıqdan imtina etməyə çağırırlar


Bu arada digər bir məlumat ondan ibarətdir ki, Qax- Zaqatala hesabatı ilə bağlı “Kür” Cəmiyyətinə məlumat təqdim edən mənbələrə, ayrı- ayrı şəxslərə, eyni zamanda Kür Araz daşqınları ilə bağlı işi məhkəmədə olan, bir neçə gün öncə dövlət başçısına müraciət etmiş şəxslərə təzyiqlər başlayıb. Məqsəd hesabatın ictimaiyyətə açıqlanmasını qarşısını almaq və orda yer alan məlumatları geri almaq, məlumatları ötürən mənbələri zərərsizləşdirmək, şikayətçiləri məhkəmə iddialarından və prezidentə müraciət kampaniyasından çəkindirməkdir. Hesabatla bağlı məlumat sızdıran FHN- ə yaxın mənbələr və bölgədəki podratçı təşkilatlarla bağlı casus ovuna çıxılıb. Dünəndən başlayaq bölgələrdə prezidentə müraciət edən, işi məhkəmədə olan vətəndaşların öz imzalarından və şikayətlərindən geri durmaları üçün onlar icra hakimiyyətinə, polis şöbələrinə, hətta məhkəməyə çağırılıblar. Saatlı rayonunda isə bu işlərə birbaşa rayon icra hakimiyyətinin başçısı rəhbərlik edir.
Aldığımız məlumatlara görə vətəndaşlara təzyiq edən icra və hüquq mühafizə oqranlarının əməkdaşları onları “Kür” Cəmiyyəti ilə əməkdaşlıqdan və məhkəmə iddialarından imtina etməyə çağırırlar. Vətəndaşlara vəd veriblər ki, onlar bu addımı atarlarsa probemlərini qısa zamanda həll edəcəklər. Bu məlumatları “Kür” Cəmiyyətinə təqdim edən vətəndaşlar hesabatla bağlı sabahkı təqdimat mərasimində iştirak etmək istədiklərini bildiriblər.