BolgeXeber.Com » Siyasət » Körfəz ölkələri geri addım atdı: - Qətərə şad xəbər

Körfəz ölkələri geri addım atdı: - Qətərə şad xəbər

14-07-2017, 16:22
Oxunub: 2 752 Körfəz ölkələri geri addım atdı: - Qətərə şad xəbərKörfəz ölkələri Qətərə qarşı irəli sürülən “Əlcəzirə”nin bağlanması” şərtini ləğv edib

Axar.az xəbər verir ki, bu barədə BƏƏ-nin dövlət naziri Nura Əl Kaabi “Tayms” qəzetinə açıqlamasında deyib.

O, problemin diplomatik yolla həllinin tərəfdarı olduqlarını bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn tərəfindən böhrana son qoyulması üçün Qətərə embarqo tətbiq edilib. Onlar barışıq üçün rəsmi Dohaya qarşı 13 şərt irəli sürüblər. Şərtlər arasında Türkiyə hərbi bazasının bağlanması, İranla əlaqələrin kəsilməsi, “Əlcəzirə”nin qapadılması, təzminat ödənilməsi kimi tələblər yer alıb.