BolgeXeber.Com » Dünya » Rusiya prezidenti benzinin bahalaşmasından danışdı

Rusiya prezidenti benzinin bahalaşmasından danışdı

15-07-2017, 14:30
Oxunub: 2 691 Rusiya prezidenti benzinin bahalaşmasından danışdıRusiya prezidenti Vladimir Putin ölkəsində benzinin bahalaşmasına münasibət bildirib

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, prezident artımın müxtəlif səbəblərinin olduğunu, o cümlədən burada xarici yanacaq bazarının konyunkturasının da rol oynadığını deyib.

V.Putin deyib ki, müstəqil bazarın olduğu şəraitdə qonşu ölkələrlə müqayisədə benzinin qiymətini aşağı saxlamaq mümkün deyil:

“Əks təqdirdə “dəmir qapılar” düzəltmək məcburiyyətindəyik. Çünki Rusiyada benzinin qiyməti qonşu ölkələrdən ucuz olduğundan yanacağın sərhəddən çıxarılması halları baş verəcək”.

O həmçinin bildirib ki, bahalaşmaya baxmayaraq, Rusiyada benzin hələ də bir çox ölkələrlə müqayisədə ucuzdur.