BolgeXeber.Com » İdman » Bu gün ​"Qarabağ" Çempionlar Liqasında cavab oyununu keçirəcək

Bu gün ​"Qarabağ" Çempionlar Liqasında cavab oyununu keçirəcək

18-07-2017, 09:53
Oxunub: 2 628 Bu gün ​"Qarabağ" Çempionlar Liqasında cavab oyununu keçirəcəkCavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start veriləcək

Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab görüşlərinə start veriləcək. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 7 qarşılaşma baş tutacaq.

Cavab görüşlərinə Astanada eyniadlı komanda ilə Latviya “Spartak”ı arasında matçla start veriləcək. Həmin gün Azərbaycan çempionu “Qarabağ” Gürcüstanda “Samtredia”nın qonağı olacaq.

İlk matçdakı 5:0 hesablı qələbə ilə növbəti mərhələnin astanasında olan Ağdam klubunun rəqibi isə ertəsi gün müəyyənləşəcək. Həmin gün 10 qarşılaşma keçiriləcək. Albaniyada baş tutacaq “Kukesi” – “Şerif” duelinin qalibi “Qarabağ”a rəqib olacaq.

Moldovada 1:0 hesabı ilə qələbə qazanan Tiraspol təmsilçisi səfər matçına minimal üstünlüklə çıxacaq. Elbasan şəhərindəki qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunları
18 iyul

18:00. “Astana” (Qazaxıstan) - “Spartak” (Latviya)
İlk oyun - 1:0

20:00. “Vardar” (Makedoniya) - “Malmö” (İsveç)
İlk oyun - 1:1

20:00. “Alaskert” (Ermənistan) - BATE (Belarus)
İlk oyun - 1:1

21:00. “Samtredia” (Gürcüstan) - “Qarabağ” (Azərbaycan)
İlk oyun - 0:5

22:00. TNS (Uels) - “Riyeka” (Xorvatiya)
İlk oyun - 0:2

22:00. “Vikinqur” (Farer adaları) - “Hafnarfyordur” (İslandiya)
İlk oyun - 1:1

22:45. “Buduçnost” (Monteneqro) - “Partizan” (Serbiya)
İlk oyun - 0:2