BolgeXeber.Com » Gündəm » Milli təhlükəsizliyimizin keşikçiləri - Dövlət Təhlükəsizlik Xidməti

Milli təhlükəsizliyimizin keşikçiləri - Dövlət Təhlükəsizlik Xidməti

21-07-2017, 14:25
Oxunub: 15 155 Milli təhlükəsizliyimizin keşikçiləri - Dövlət Təhlükəsizlik Xidməti“Dövlətin təhlükəsizlik, yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada peşəkar kadrlar və iş üslubu olsun.”
Heydər Əliyev


Ölkəmizdə ictimai asayişin bərqərar olması yönündə təhlükəsizlik orqanları tərəfindən atılan addımlar hər ötən gün öz nəticəsini göstərir. Televiziyada, radioda və xəbər portallarında əldə etdiyimiz məlumatlar bunu tam rahatlıqla deməyə əsas verir.
Dövlətimiz üçün böyük təhlükə vəd edən təxribatların, terrorçuluğun qarşısının alınması, milli təhlükəsizlik, dövlət sirrinin qorunması və digər qanunvericilik aktlarının həyata keçirilməsində isə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin birbaşa rolu var.
Hələ 1991-ci ildə Azərbaycan Respublikası müstəqilik əldə etdiyi dövrlərdə ölkəmizə qarşı daxili və xarici təhdidlər geniş vüsət almışdı. Müstəqilliyimizi həzm edə bilməyən düşmənlər müstəqilliyimizi həzm edə bilmədikləri üçün müxtəlif yollara əl atırdılar.
Bütün bunlar Azərbaycanda onsuz da mürəkkəb olan ictimai-siyasi durumu daha da ağırlaşdırdı. Ona görə də ölkədə milli təhlükəsizlik orqanlarının yenidən yaradılmasına və ən əsası, bu orqanların sırf milli-mənəvi dəyərləri prioritet sayacağı şəkildə qurulmasına zərurət yaranmışdı.
Beləliklə, Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə 1991-ci il noyabr ayının 1-də Dövlət Təhlükəsizlik Komitəsinin əsasında Milli Təhlükəsizlik Nazirliyi təsis edilir.
Əvvəla bu nazirliyin qarşısında böyük öhdəliklər dururdu. Çünki struktur quruluşunda diqqət edilməsi vacib olan nüanslar vardı.
Əgər respublikanın Dövlət Təhlükəsizlik Komitəsinin bütün imkanları və potensialı ümumilikdə Sovet imperiyasının mövcudluğunun və strateji maraqlarının təminatına yönəlmişdisə, Milli Təhlükəsizlik Nazirliyinin qarşısında duran başlıca vəzifə Azərbaycan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə və elmi-texniki potensialına, həmçinin dövlət sirri təşkil edən məlumatların qorunmasına, xarici dövlətlərin xüsusi xidmətlərinin və təşkilatlarının, cinayətkar qrupların və ayrı-ayrı şəxslərin kəşfiyyat və digər təxribat-pozuculuq fəaliyyətinin qarşısının alınmasına, bir sözlə, xalqımızın milli mənafeyini və maraqlarını müdafiə və mühafizə etməyə yönəlmişdi.
Qarşıya qoyulmuş vəzifələri yüksək peşəkarlıqla həyata keçirən təhlükəsizliyimizin keşikçiləri bu gün də ölkədə daxili sabitliyin təmin edilməsinə, suverenliyimizin möhkəmlənməsinə cid-cəhdlə xidmət edirlər.
Yarandığı gündən bu yana bəzi dəyişikliklər edilən bu nazirlik, bu gün hər birimizin yaxşı tanıdığı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətidir.
Azərbaycanın dərin tarixində ad qazanmış, xalqın qəlbində taxt qurmuş ümumilli lider Heydər Əliyev hakimiyyəti illərində təhlükəsizlik orqanlarının inkişafında mühüm rol oynayıb.
Ulu öndərin tapşırıqları əsasında,təhlükəsizlik orqanları tərəfindən yürüdülən siyasət daim milli maraqlara xidmət edib.
Heydər Əliyev xüsusi xidmət orqanlarının qaşısında öz səlahiyyətlərinə daxil olan vəzifələri yerinə yetirmək üçün peşəkar kadr potensialını formalaşdırmaq, strukturu təkmilləşdirmək, təhlükəsizlik orqanlarının fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri müəyyən edib.
Bu gün də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti üzərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirir.
Xidmətin imkanları hesabına qabaqlayıcı məumatlar dərhal əldə edilir və mütəşəkkil cinayətkar dəstələrinə təxribat xarakterli planları həyata keçirməyə şərait yaradılmır.
Təbii ki ölkədə daxili və xarici sabitliyin bərqərar olmasında üzərinə ciddi və böyük məsuliyyətlər düşən bu orqanın başında peşəkar və ən əsası vətənini sevən bir şəxs dayanır.
Söhbət Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyevdən gedir.
Mədət Quliyev vəzifəsindən asılı olmayaraq, illər boyu öz sadəliyini qoruyan bir insan olub. Daşıdığı məsuliyyətli vəzifədən heç vaxt şəxsi mənafeyi naminə istifadə etməyib və peşə fəaliyyəti ərzində daim vətəninə, millətinə sadiq olub.
Bu sadəliyin nəticəsidir ki, Mədət Quliyevin vətənpərliyi insanlarda ikrah hissi yaratmır. Çünki o, heç vaxt əzbərçi vətənpərlik sərgiləmiyib. Hər məsələyə standartdan kənar yanaşmağı bacarıb, həmçinin vətənpərliyə. Yəqin,elə buna görə də Mədət Quliyev bu günə qədər çalışdığı bütün kollektivlərdə rəğbətlə qarşılanıb.
Xidmət göstərdiyi bütün təhlükəsizlik orqanlarında Azərbaycanın rifahını ön planda tutan Mədət Quliyev daim prezident İlham Əliyevin ona olan etimadını doğruldub və bu etimaddan başqa əməllər üçün istifadə etməyib.
O,milli təhlükəsizlik kimi ciddi və çətin bir məsələnin məsuliyyətini dərk edir və bütün imkanları səfərbər edərək, qlobal təhlükəsizlik arxitekturasının, beynəxalq nizamın qorunmasına və möhkəmlənməsinə öz töhfəsini verir.
Bu gün Ulu öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil, hüquqi dövlət quruculuğu yolunda dönməzliyini sübuta yetirən Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlətçilik ənənələri daha da inkişaf etdirilmişdir. Etibarlı və təhlükəsiz gələcək, əbədiyaşarlıq üçün sarsılmaz təməl yaradılmışdır.
Bu siyasi kursun davamının nəticəsidir ki, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin kadrları arasında heyət saflığı, xalqa və dövlətə sədaqət, eyni zamanda peşə, fiziki və döyüş hazırlığına xüsusi önəm verilir.

Orqanın başlıca meyarları sırasında peşəkarlıq və ciddi nizam-intizam ilk sırada qərarlaşır.

Vasif

Bolgexeber.com