"Azərbaycan dövləti heç zaman geri çəkilməyəcək" - Əflatun Amaşov
18-07-2017, 16:46
Oxunub: 4 418
“Azərbaycanın gələcəyi bizim dini dəyərlərə münasibətimizdən asılı olacaq”
Teleqraf.com xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Əflatun Amaşov “İslam həmrəyliyi və media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
"Hacı Cavad" məscidi ilə bağlı məsələnin mətbuatda işıqlandırılması məsələsinə toxunan Əflatun Amaşov jurnalistləri bu mövzuda diqqətli olmağa çağırıb:
“Hər kəs bilməlidir ki, bu məsələdə Azərbaycan dövləti heç zaman geri çəkilməyəcək. Geri çəkilsək, sabah "Azad qadın" heykəlinin qarşısında da piketlər ola bilər. Bu mənada media qurumlarına kifayət qədər diqqətli olmağı məsləhət görürəm. Biz hara qədər getməliyik? İslam dininin elm, mərhəmət, sülh dini olduğunu cəmiyyətə çatdırmalıyıq. Mətbuatda yayılan məlumatlar müəyyən qruplar arasında qarşıdurma yaratmamalıdır. Bu məsələdə diqqətli olmalıyıq. Çünki ölkəmizdə din dövlətdən ayrıdır. Elə etməliyik ki, dinə olan münasibət Azərbaycanı orta əsrlərə aparmasın. Azərbaycanın gələcəyi bizim dini dəyərlərə olan münasibətimizdən asılı olacaq”.
Şura sədri jurnalistlərin maarifləndirilməsi üçün Qafqaz Müsəlmanları İdarəsi ilə Mətbuat Şurasının birgə tədbirlər təşkil etdiyini deyib: “Yəqin ki, bir neçə ay sonra yenidən bu cür tədbirlər keçiriləcək”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər