BolgeXeber.Com » Xəbərlər » Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin yeni kitabı işıq üzü görüb

Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin yeni kitabı işıq üzü görüb

20-07-2017, 14:29
Oxunub: 3 498 Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin yeni kitabı işıq üzü görübKitabda eyni zamanda Ağdam şəhəri barədə qədimdən bu günə qədər tarixdə iz qoyan maraqlı məlumatlar da təqdim edilir

İyul ayının 23-də Ağdam şəhərinin işğal olunmasının 24-cü ildönümüdür. 24 ildir Ağdam düşmən işğalı altındadır və 24 ildir biz Ağdama gedə bilmirik. Ağdamı isə unutdurmaq olmaz, Ağdamı yaşatmaq lazımdır.
"Ağdam: məhv edilmiş şəhərin tarixi" Bakı, 2017, s.111. Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin sayca 13-cü kitabıdır. Kitabda işğal altında olan Ağdam şəhərinin tarixi barədə ətraflı məlumat verilib. Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Eyni zamanda Ağdam bu gün xarabazarlıq, viran edilmiş bir yurddur. Onun 6 mindən çox şəhidinin ruhu narahatdır. Ruhlar şəhəridir. Orada indi yalnız xaraba binaların divarları qalıb.
Kitabda viran edilən Ağdam şəhərinin yaranması, qədim dövrlərdə Azərbaycanın tarixində oynadığı rol, “Ağdam” sözünün etimologiyası, toponimləri, oykonimlər ətraflı şəkildə öz əksini tapıb.
Siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin yeni kitabı işıq üzü görüb

Kitabda eyni zamanda Ağdam şəhəri barədə qədimdən bu günə qədər tarixdə iz qoyan maraqlı məlumatlar da təqdim edilir. Qədimdə Ağdam şəhərində yaşayan tayfalar, Ağdamda baş verən mühüm tarixi hadisələr, dünya elminə öz sözünü deyən ağdamlılar barədə də kitabda məlumatlar verilir.
Ağdamın idman, mədəniyyət, elm, təhsil və digər sahələrdə oynadığı rol da kitabda öz əksini tapıb. Kitabın sonunda Ağdamın işğala məruz qalan tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin siyahısı, kəndlərin tam adları və Ağdamda anadan olan və Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı alan şəxslər barədə geniş məlumat verilir.
Kitabın elmi məslətçisi fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə, rəyçisi Leila Kiani (İsveç, Stokholm şəhəri, Södermalm icra hakimiyyətinin Sosial təminatı şöbəsində rəis müavini) və redaktoru Sultan Merzilidir. (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Moskvada "Şəhriyar" Ədəbi Mədəni Cəmiyyətinin Poeziya və Nəsr üzrə katibi)
Bolgexeber.com