BolgeXeber.Com » Xəbərlər » Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)

Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)

20-07-2017, 14:25
Oxunub: 3 901 Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)"İndi canlı yayımda televizorda futbola baxırsan, o qədər sürətli oynayırlar ki, elə bil kompüter oyununa baxırsan"

Bugünkü dəyərli müsahibimiz veteran futbolçu, 1975-ci ildə Sumqayıtın “Polad” klubunda,Ümumittifaq Spartakiadanın final mərhələsində,Azərbaycanın yeniyetmələrdən ibarət yığma, Həmkarlar İttifaqı komandalarında çıxış etmiş ,1982-ci ildə “Termist”in (Bakı) tərkibində Bakı çempionu,1983-84-cü illərdə 2 dəfə Azərbaycan çempionu olmuş, İqor Ponomoryov, Vladimir Mixaylevski,Yaşar Vahabzadə, Qəhrəman Əliyev,Cəmaləddin Əliyev kimi futbolçularla bir yerə oynayan, iki dəfə ayrı-ayrı vaxtlarda oyun zamanı gözündən zədə alması səbəbindən futbolu bir qədər tez tərk edən Səyamir Cabbarovdur.

-Sovet futbolunda oynamış veteran futbolçu kimi hal-hazırda Azərbaycan futbolunun durumunu necə qiymətləndirirsiniz?Bizdə Belə fikir populyar fikir var ki,bizdə futbol olmayıb,olmayacaq da...

- Azərbaycan futbolunun indiki durumunu qiymət vermək üçün gərək istər-istəməz futbol tariximizə nəzər salmaq lazımdır.Nəzərə almaq lazımdır ki,Azərbaycan 70 il SSRİ-nin tərkibində olub və bizim futbolumuz da həmin illərdə inkişaf edib. Bizim bir çox güclü,adlı-sanlı futbolçularımız olub.Məsələn ,Olimpiya çempionumuz İqor Ponomoryov, Vladimir Mixaylevski ,Qəhrəman Əliyev və sairə... Biz Ponomaryovla fəxr edirik. O SSRİ yığma komandasının tərkibində çıxış edən yeganə Olimpiya çempionumuzdur. SSRİ-i yığma komandasının tərkibində oynayan futbolçularımız çox olub.Ələkbər Məmmədov, Anatoli Banişevski(Sovetlərin yığma komandasında 100-dən çox qol vurduğuna görə bombardirlərin "Qriqori Fedotov klubu"nun üzvü olub) ... Gənclərdən ibarət yığma komandada oynayan Rafiq Quliyev . Son illərdə Sumqayıtın yetirməsi Arif Əsədov SSRİ-ni təmsil edib.
“Neftçi”nin sabiq futbolçusu Vladimir Mixaylevski ilə sovet futbolunun gənc yaşlarında bir yerdə oynamışıq. 3 il İqor Ponomoryovla Azərbaycan yığma komandasında, “Gənclik” komandasında oynamışam .
Ondan sonra yollarımız ayrılıb. Əvəllər İdarə və müəssisələr arsında şəhərin çempionatı keçirilirdi. Düzdür bu peşəkar futbol deyildi amma bu futbolçuların yetişməsinə böyük təkan verirdi.Sumqayıt çempionatında böyüklər arasında 11 komanda çıxış edirdi və həmin komandaların hələ əvəzediciləri də var idi.Uşaqlar öz yaşıdları ilə 22 oyun keçiridi və onlar arasında perspektivli uşaqlar böyüklər arasına oyuna 20-25 dəqiqə də olsa buraxılırdı ki,təcrübə toplasınlar.O təcrübə böyük rol oynayırdı .Üstəlik uşaq futboluna böyük diqqət yetirilirdi.Balaca futbolçuların əksəriyyəti “Sevinc Kuboku", “Dəri top" kimi populyar yarışlarda çıxış edirdi.
Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)


“Bizdə futbol olmayıb, olmayacaq da fikri ilə razı deyiləm. Bu düzgün fikir deyil. Azərbaycanın yaxşı futbol ənənəsi olub .İndi də bu sahədə düzgün iş aparılsa klublarımız dünya meydanlarında böyük uğurlar qazana bilər.60-70-ci illər arası Ələkbər Məmmədov ,Anatoli Banişevski,Valeri Hacıyev,Kazbek Tuayev kimi dünya səviyyəli futbolçuların məhz Azərbaycanda yetişməsi keçmişdə futbolumuzun heç də aşağı səviyyədə olmamasından xəbər verir.
Hesab edin ki,Ələkbər Məmmədov, Banişevski o dövrün Ronaldosu və ya Messisi idi. Bir məsələni də qeyd edim ki,sovet dövrü süni örtüklü meydançalar demək olar ki,yox idi. Futbol təbii otlu meydançalarda oynalırdı. İndi süni örtüklü meydançalar futbolumuza çox ziyan vurur.
Belə meydançada futbol oynamağa öyrəşən uşaq gələcəkdə təbii meydançada futbol oynamaqda çox çətinlik çəkir, uyğunlaşa bilmir buna, belə meydançalarda əzələlər gərilir ,zədələr tez-tez olur.Futbol inkişaf edən ölkələrdə uşaqlar da, böyüklər də bir qayda olaraq təbii ot örtüklü meydançalarda oynayırlar.Bu da az önəm daşımır.

-Hal-hazırda futbolumuzun səviyyəsini sovet dövrünə nisbətən zəifdir,yoxsa güclü?

-İndi yüksək liqada,1-ci divizionda ,həvəskarlar arasında klublar az deyil,amma o klublara əsasən xaricdən legionerlər dəvət olunur.Bizə lazımdır ki, öz yerli futbolçularımızı yetişdirək.Öz yerli futbolçularımızı yetişdirmək üçün biz ilk növbədə uşaq futbolunun inkişafına önəm verməliyik.
Əgər öz yerli futbolçularımızı yetişdirə bilsək bizdə də futbol inkişaf edəcək,əgər perspektivli futbolçularımızın yetişməsi üçün şərait yaradılmasa bizdə futbol olmayacaq.Xarici futbolçular gəlirlər,bir-iki il Azərbaycan klublarında oynayırlar , bizə görə külli miqadarda pul qazanırlar və sonra ölkədən çıxıb gedirlər.Bizim futbolumuza dövlət büdcəsindən ayrılan, sponsorlar tərəfindən verilən milyonlarla pulları legioner məşqçilər və futbolçular götürüb çıxıb gedirlər.Biz bunun bəhrəsini görmürük,sadəcə ad olur.

-Bəs onda niyə Fransa,İspaniya,İngiltərə,Almaniya və sairə Avropa çempionatlarında yerli klublarda çoxlu sayda legioner oynayır,amma onlarda bununla belə yerli futbol inkişaf edir,amma bizdə isə bu lazımi nəticəni vermir?

-Birincisi həmin çempionatlarda,əsasən super klublarda məsələn ,”Barselona” ,”Real” , Mançester Yunayted, «Milan» «Bavariya»da milyonluq transferlər edilir.Bundan başqa Avropanın güclü çempionatlarında bir qayda olaraq həqiqətən ulduzlar oynayır.Almaniya klublarında çox güclü yerli futbolçular oynayır və Almaniya məhz yerli futbolçuların hesabına dəfələrlə dünya çempionu olub.
Legionerin ziyanı əslində yoxdur,amma bir şərtlə ki,yerli futbolçularımız da güclü Avropa klublarında oynayıb təcrübə toplasınlar.Amma bizdə bu başqa vermir.Bizim güclü yerli futbolçular hətta ortabab xarici klublara belə transfer olunanda orda çox qalıb möhkəmlənə bilmirlər,uzağı bir-iki oyuna buraxılırlar, çox vaxt isə ehtiyatda otururlar və sonda geri qaytarırılar. İspaniya çemionatına isə məsələn, əsasən yüksək səviyyəli oyunçular dəvət edilir.

-Niyə biz Dünya,Avropa çempionarlarının qrup mərhələsinə müstəqillik qazanandan bu yana düşə bilmirik?

-Bütün bu dediklərim çatımamazlıqdan başqa o amil var ki,bizdə ümumumiyyətlə kollektiv idman növlərində uğurlu çıxış edə bilmirik.Fərdi idman növlərində,məsələn karatedə,güləşdə, cüdoda,taekvonda da biz daha çox uğur qazanırıq.
Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)


-Bunun səbəbi nədir?

-Səbəbi odur ki,Azərbaycanda kollektiv oyununda mənəm-mənəmlik imkan vermir nəticə qazanmağa,irəli getməyə.Məsələn futbolçu deyir mən qol vurum,mənim adım çıxsın.Görür ki,yoldaşı boşdur,yüz faiz qol vura bilər,ötürmə atmır.

-Dünyanın ən güclü futbol yığması hansı ölkəni hesab edirsiz?

-Ümumiyyətlə hər dövrün öz güclüsü olub.Sürətli futbol olmayanacan ən güclüsü ,texniki futbol nümayiş etdirən Braziliya olub,amma futbol sürətli olandan sonra liderliyi Almaniya ələ keçirdi.Statistika da bunu göstərir ki,alman futbolu,”alman maşını” dünyada hal-hazırda ən güclüdür.Buna görə də əksər iri beyənxalq yarışlarda 1-ci,2-ci yerləri tutur,təsadüfi deyil ki,4 dəfə dünya çempionu olub. Braziliya və Almaniya ylığmalarına simpatiyam böyükdür. Baxın, 2014-cü Braziliyada keçirilən dünya çempionatının yarımfinalında Almaniya meydan sahiblərini 7-1 uddu.
Bu həm də sürətli futbolun texniki futbol üzərində tam qələbəsi idi.Alman futbolu 150 dəqiqə az qala eyni yüksək tempdə futbol oynamaq iqtidarında olan futboldur.
İndi canlı yayımda televizorda futbola baxırsan, o qədər sürətli oynayırlar ki, elə bil kompüter oyununa baxırsan.4-5 saniyəyə müdafiədən rəqibin qapısında olurlar.Amma əvvələr müdafiədən hücuma keçmək üçün 2-3 dəqiqə sərf edirdilər.Demək futbolun sürəti azı 10 dəfə qalxıb. Çempionatlarının səviyyəsinə görə,İngiltərə,İspaniya çox güclüdür.

-Nə səbəbdən Sovet dönəmində maddi –texniki baza yüksək olmasa da,ümumiyyətlə çox güclü futbolçular belə az maaş almasına rəğmən bizim futbol belə başa düşürəm da güclü idi.Halbuki indi stadionlar tikilir,yerli futbolçulara böyük pullar verilir,şərait yaradılır,amma futbol istənilən səviyyədə deyil?

-Nəticə ona görə var idi ki,stimul başqa idi.Məqsəd təkcə pul qazanmaq deyildir.Məsələn mənim əməkhaqqım Bakının “Araz” klubunda 90 manat olub .Əvəzedici heyətdə oynayanlar 60-80 manat maaş verirdilər uzağı.Yəni futbolçular indiki kimi 10-50 min manat maaş yox, zavodda işləyən adi fəhlə qədər maaş alırdılar.Özü də nəzərə alın ki,sovet futbolçuları indi futbolçulardan qat-qat yüksək oyun nümayiş etdirirdilər.
Ən yüksək əməkhaqqı “Neftçi” klununda idi.Ştat cədvəli üzrə orda bir neçə futbolçuya səhv eləmirəmsə 350 manat maaş verirdilər.SSRi çempionatında haradasa 6-8 yerləri tuta bilirdisə və ya medallar,kubok uğrunda klub mübararizə apara bilirdisə oyunçular bəzən evlə,maşınla təmin ola bilərdilər.

-Hal-hazırda bizim futbolçularımıza Premyer Liqada heç də az pul vermirlər,amma bunun müqabilində yaxşı oyun göstərilmir…

-Bilirsiz,Sovet dövrü futbola maraq kütləvi idi,dövlət də bunu hər vəchlə dəstəkləyirdi,təbliğ edirdi.Futbolçularda vətənpərvərlik də güclü idi.
Düzdür maddi maraq da var idi,futbolçu çalışırdı güclülər arasında oynasın və yaxşı maaş alsın.Yəni rəqabət də güclü idi,amma əsasən futbolçunun yaxşı oynamağa can atmasının kökündə çempionatda oynamağı özünə fəxr bilməsi idi.
İndi bizdə 10-12 yaşlı futbolçu birinci növbədə düşünür ki,transfer olunsun ,hansısa kluba pul qazansın.Bir çoxları da artıq güclü futbol klubunda oynayıb əlinə yaxşı pul düşən kimi o dəqiqə maşın ev almağa başlayır,şöhrət xəstəliyinə tutulur və oyuna elə də ciddi yanaşmır,fikirləşir ki,”pul gəlir də neynirəm özümü yorum?!, gələcək karyerası haqda ciddi düşünmür.Çoxları isə rejimə əməl etmir,gedir bara-filana.

-Ən güclü hansı ölkənin çempionatını sayırsınız?

-Almaniya çempionatını.Statistika da göstərir ki,ən çox azarkeş orta hesabla bu çempionatda olur. Almaniyada futbola böyük var ümumiyyətlə.
-Baxmayaraq futbolumuza sponsorluq edənlər də az deyil bu da nəticəyə təsir etmir,futbol biznes sarıdan cəlbedici deyil.
-Bu sarıdan iş də bizdə düz qurulmur.Bu sahəyə sırf futbola aid,futbolun sirlərini dərindən bilən insanları cəlb etmək lazımdır.Çoz zaman iş adamları görürsən klub yaradır,prezident,prezidentin köməkçisini və sairələri təyin edir,hamısına da futbola aidiyyatı olmayan öz qöhum-əqarəbasını təyin edir.Futboldan başı çıxmayan adamlara futbolçu almağı tapşırırlar.O da gedir alıb kimisə gətirir ki,gücümüz buna çatır.Və ya iş adamları hansısa yaxınını hansı ki,A,B, C məşqçi kateqoriyasını pulnan alıb,gətirib qoyur kluba məşqçi və təbii ki,bu da özünü doğrulda bilməz.Yaxşı mütəxəssis olan məşqçilər gətirmək lazımdır və onları maliyyə elə təmin etmək lazımdır ki, fikirləri ancaq futbolçu yetişdirməkdə olsun.

Bizdə insanlar dincəlməyə parka,bulvara gedir,amma Avropa ölkələrinin bir çoxunda 300 avro verib futbola gedirlər ailəvi və hələ yeməyini də orda yeyirlər,futbol simvolikası da alırlar orda.Təbii ki belə halda futbol biznes baxımdan gəlirli olur.Yəni bu məsələdə maddi durumun da böyük rolu var.On görə də Avropda futbola çəkinmədən yatırım edirlər.Bizdə əgər bilet 50—200 manat olsa sizcə nə qədər adam gedər?!

-Niyə bizim futbolçular güclü xarici klublara transfer olunmur?

-Bilirsiniz ki,futbolçunun irəliləyiş dövrü əsasən 25 yaşacandır.Bizim futbolçular bayaq dediyim kimi,gələcək karyeradan çox pulu fikirləşirlər,öz üzərlərində işləmirlər.Ümumiyyətlə Qafqaz futbolu Ukrayna,Rusiya, digər xarici ölkələrdən texniki cəhətdən fərqlənib,güclü olub.Bizim futbolçuların əsas bəlası odur ki,onlar texniki cəhətdən pis olmasalar da fiziki cəhətdən zəif olurlar.Onların texniki hazırlığı sürət üzərində qurulmayıb.Müasir futbolda inkişaf o zaman gedir ki,texnika sürət üzərində qurulub.Məsələn götürək Messini,Ronaldonu, İnyestanı və ya Avropanın digər futbolçularını,onların texnikaları sürət üzərində qurulub.Bir neçə saniyəyə bir neçə futbolçunu keçirlər.İsədikləri fikirləri tez həyata keçirirlər.Gec həyata keçirəndə əks tərəfin oyunçusu onun fikrini duyur.Bizim futbolçular fiziki cəhətdən bir qayda olaraq zəif olurlar.

-Bəs psixoloji?

-Elə psixoloji cəhətdən də .Fiziki cəhətdən hazırlıq yüksək olanda psixologi hazırlıq da yüksəlir istər-istəməz.Çünki yorğunluq yaranmayanda psixoloji cəhətdən də güclü olurlar.Bizim futbolşular 90 dəqiqə eyni səviyydədə güclü oynaya bilmirlər.70 faizini oynaya bilirlər pis-yaxşı,amma fiziki hazılıq aşağı olduğundan 20 faizi çatdırmırlar.Çox görürürük ki,bizim yüksək klublar Avropa kuboklarında bir qədər güclü klubla rastlaşanda 90-100 dəqiqə axıracan mübarizə apara bilmirlər ,ona görə də top hesabı ilə irəlidə olanda belə sonda qələbəni əldən verirlər,dalbadal qol buraxırlar.

-Son illər klublarımızdan Avropada ən çox uğur qazanaa bilən.irəliləyən “Qarabağ” klubu haqda bəs nə deyərdiniz?

-“Qarabağ” klubu maddi-texniki cəhətdən yaxşı təşkil olunmuş,yaxşı legioner oyunçular transfer edən, yaxşı məşqçisi olan klubdur.Onu istisna da saymaq olar.Burda məşqçi ilə bağlı bir məqamı da qeyd etmək istərdin.Bizim klublara dəvət olunan xarici məşqçilər məhz zəif fiziki hazırlıq bizdə zəif olduğuna görə bizim oyunçularla işləməkdə çətinlik çəkir.Onlar bizim futbolçuları fiziki hazırlıqla yükləyəndə yerli futbolçular bunu götürə bilmir.Onlar da məcbur olub yükləməni azaldırlar.

Düzdür bu öz çempionatımızda bəs edir və həmin güclü klubumuz digər klublarımızı uda-uda gedirlər,amma Avropanın güclülərinə çıxanda klub 90 dəqiqə güclü oyun sərgiləyə bilmir.Əgər Qarbağ klununda oynayan legionerlərə diqqət etsəz görərsiniz ki,onlar 90 dəqiqə yüksək səviyyədə mübarizə aparmaq iqtidarında olurlar,amma yerli futbolçularımızın fiziki gücləri çatmır və fiziki gücləri çatmadığına görə başalayırlar səhvlər etməyə.Səhvlər də məğlubiyyətə gətirib çıxarır.
Statistika aparılsa baxmaq olar ki,səviyyəli xarici oyunçu neçənci dəqiqəyəcən yorulmur və səhvlər etməyə başlayır,bizim oyunçular hansı dəqiqələrdən.İş orasındadır ki,xarici futbolçular,5-6 nəfər 11 nəfərin əvəzinə oynayanda onlar da yorulur.Bizim futbolçuların da əvəzinə oynamağa məcbur olduqlarından onlara da yük düşür və onlar da səhv etməyə başlayırlar və statistika aparılsa bunu aydın görmək olar.

-Bizim əksər klublar çoxlu sayda legioner alsalar da çox mərhələ adlaya bilmirlər,qrup mərhələsinə düşə bilmirlər...

-Bizim klublardan Qarabağdan başqa “Neftçi”,”Qəbələ”,”İnter” də ayrı-ayrı vaxtlarda kifayət qədər xarici transferlərləri olsa da beynəlxalq yarışlarda müəyyən mərhələ adlasalar da ,”uzağa” gedə bilmirlər.Bunun da səbəbi odur ki, bizim klubların adıqları futbolçular Avropada tanınmayan futbolçulardır.Avropa klublarının ehtiyacı olmayan futbolçulardır.Onların çoxunu gənc vaxtlarda alıb gətiriblər həmin klublarla ki, sonra top klublara satıb qazanc əldə etsinlər ,güman ediblər ki,perspektivləri var,amma ümidləri doğrultmadığına görə sonda bizim kimi ölkələrə satırlar.Onların alınma dəyərinə baxın.Məsələn Türkiyədə güclü klublarda transferlər edilən futbolçuların dəyəri 1-2 milyon dollardan başlayır ,ən pis halda tanınmış ,təcrübəli, amma yaşlanmış futbolçular alırlar ,amma bizim legionerləin dəyəri 100-300 min arası olur,çox vaxt isə daha da az. Heç onlar da çox vaxt heç verilən o pula da dəymirlər.

-“Qarabağ”da Reynaldo Silva oynayırdı,onu yüksək səviyyəli saymaq olardı?

-Reynaldo Avropadan alınan vaxtda güclü fiziki hazırlığa mailik oyunçu idi.O Azərbaycan futboluna gələndən sonra 1 il yüksək səviyyəli oyun göstərə bildi,amma ildən-ilə sürəti azaltdı,necə deyərlər bizim asta futbola uyğunlaşdı.O burada oynadığı ilk ildə Almaniyadan təklif aldı,amma çox güman ki,başa düşürdü ki,oradakı sürətli futbolla ayaqlaşa bilməyəcək,ona görə də getmədi,halbuki bu daha sərfəli idi.

-Çempionatın səviyyəsinin yığma komandaya nə qədər təsiri var?

-Yığma komandamızın inkişafı üçün mütləq çempionatımız güclü olmalıdır.Bizm klublar güclü klublarla mübarizə aparmalıdır.Əgər klublarımız zəifdirsə yerli futbol da inkişaf etməyəcək.
-İndi Premyer Liqada 8 klub var.Buna necə baxırsız?

-Bu pis haldır.Yaxşı olar ki,1-ci divizionumzda 5-10 klub oynasın, amma əsas çempionatımızda ən azı 14 -ə qaldırılmalıdır.16 komanda olsa daha yaxşı olardı.Müqayisə üçün baxın.Tükiyə Super Liqində 18 komanda var və çempionat da gərgin mübarizə şəraitində gedir.

-Komandaların az olmasını maliyyə çətinliyi əlaqələndirirlər rəsmilər...

-Mən başa düşürəm maliyyə imkanları məhduddur.Amma 1-ci diviziondan komandaları yeksək liqaya qatmaq olar və əgər onlar yerli futbolçulardan təşkil olunubsa onlara güzəştlər edilməlidir,köçürülən puldan azad edilməlidirlər və sairə.Həmin gəng futbolçular da məsuliyyət daşısınlar ki,məsələn mən Azərbaycanın ən güclü olan “Qarabağ” klubu ilə qarşılaşıram.Təbii ki,güclü kluba qarşı oyuna buraxılan aşağı səviyyəli klubda oynayan gənc çalışacaq ki,bütün gücünü səfərbər etsin,fiziki cəhətdən özünü yaxşı göstərsin ki,yuxarı səviyyəli klubdan ona təklif gəlsin.
Əgər səkkiz komanda varsa və onların hamısı yaxşı maaş alırsa onlar bir-biri ilə oynayanda maddi maraqları elə də olmayacaq,oyuna da bütün güclərini sərf etməyəcək.Aşağı səviyyəlili və az maaş verilən klub maliyyəsi güclü olan klubla oynayanda istər-istəməz həmin oyunçular özlərini hər cəhətdən yaxşı göstərməyə çalışacaq ki,məsələn Qurban Qurbanov onu da dəvət etsin klubuna.Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)

-Düzdür bu bütün dünyada da baş verir ki,vaxtı ilə güclü olan klub sonra sönür və hətta dağlır və ya aşağı diviziona düşür,amma bizdə maraqlıdır ki, ”Şəmkir”,”Turan”,”Kəpəz” kimi klublar vaxtı ilə çox güclü oyun sərgiləyirdilər. ”Turan”,”Şəmkir” hətta ölkə çempionu olmuşdur,Avrokuboklara da qatılmışdılar. Onlar bir müddət parlayıblar,sonra yoxa çıxıblar,elə bil ki,heç olmayıblar...Bunu sponsorla bağlayırlar...

-Tovuz,Şəmkir, Gəncə ,Sumqayıt Azərbaycanın futbol beşikləridir.Ən çox futbolçu bu yerlərdən çıxıb.Əgər fikir versəz görərsiniz ki,son illər futbolumuzda yaxşı futbol sərgiliyən,yığmaya cəlb olunan futbolçuların əksəriyyəti rayon futbolçularıdır.Rayonlarda inkişaf az olsa da orda kənd mühitində,təmiz havada yaşayan uşaqlar fiziki cəhətdən yaxşı futbolçular olur.Rayon futbolunun inkişaf etmiş oyunçuları o dəqiqə fiziki qüvvələrinə,dözümünə görə fiziki cəhətdən onlara nəzərən istər-istəməz zəif olan şəhər futbolçularından fərqlənirlər.
Məsələn tovuzlu Elvin Məmmədovu (“Turan” klubunda oynayıb əvvəllər), qusarlı Rahid Əmirquliyev (Şahdağ klubundan transfer olunub )misal göstərmək olar.Sumqayıtdan çoxlu sayda futbolçular yığmada oynayıblar ,hansılar ki,bir çoxu indi məşqçi kimi də çalışırlar. Rayon klublarının inkişafı üçün tək sponsorla iş bitmir,ümumiyyətlə əyalətlərdə futbola qayğı,diqqət olmalıdır.Rayonlarda əsas stadionların çoxu bərbad vəziyyətdədir.Elə Sumqayıtdakı , vaxtılə onminlərlə tamaşaçı yığan Mehdi Hüseynzadə neçə illərdi ki,acınacaqlı vəziyyətdədir.Düzdür neçə ildir deyilir təmir olunub istifadəyə veriləcək.amma hələ ki, qalıb... Yaxşı stadionların olması da futbola marağı çox artırır.

-Sumqayıt futbolundan söz düşmüşkən,siz həm də Sumqayıtda yaşayan bir veteran futbolçu kimi Sumqayıt futbolunun vəziyyətindən nə deyərdiniz.Niyə vaxtıilə SSRİ çempionatının 2-ci divizonunda yaxşı oyun göstərən,müstəqillik dövründə çox güclü -“Xəzər” kimi klubu olan Sumqayıt indi axırıncı yerlərə yaxın yerlərdə daha çox qərarlaşır.Halbuki Sumqayıt çox güclü futbolçular yetişdirib.
Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)


-Sumqayıtda əvvəllər yaxşı futbolçular yetişib,ona görə ki,əvvəllər Sumqayıtda məşqçilər Sovet məktəbini keçmiş yaşlı nəslin nümayəndələri idi.Hal-hazırda isə onlar yoxdur.Onlar çox yaxşı psixoloq idilər.Uşaq futbolu ilə böyük futbolun çox böyük fərqi var.Böyük futbola hazır oyunçu gəlir.Məşqçi yalnız göstəriş verir.Uşaq futbolu isə futbolun əlifbasıdır.İndi məşqçi problemi var.İndiki cavan məşqçilər əvvəlki məşqçilər kimi uşaq futboluna can yandıran deyillər,daha çox pul dalınca qaçırlar,onlar üçün əsas odur ki,uşaq çox olsun, pul çox qazanım,keyfiyyət isə arxa planda qalır,həm də təcrübə azdır.Çox vaxt görürsən istedadlı uşaq gəlir məşqə neqativ hallarla qarşılaşır,valideynləri ehtiyac içində olur ,aylığı verməyə pulu olmur.Yolpulunu,geyim pulunu və sairəni verə bilmir və uşaq məcbur olur futbolu tərk edir.Bildiyimiz kimi əksər yerlərdə futbol məşqləri pulludur və həmçinin bir çox xərcləri də,yol pulu ,harasa yarışa gediş pulunu uşaqların valideynləri ödəyir.
-Siz özünüz də bildiyimə görə futbol karyeranızı bitirəndən sonra məşqşi işləmisiniz...
-1985-ci ildə zədələrə görə futbolçu kimi karyerama son qoymaq məcburiyyətində qaldım.Amma futbola olan sevgi mənim məşçi kimi fəaliyyətimi futbolda davam etməsinə gətirdi. Məşqçisi olduğumuz “Kimyaçı” komandası uğurlu çıxış edirdi çempionatda,amma rastlaşdığım ədalətsizliklər,neqativ hallar məni futbolu ümumiyyətlə tərk etməyimə gətirib çıxardı.

-Niyə məsələn qonçu Gürcüstandan adlı-sanlı futbolçular yetişir,bizdə isə yox?

-Ona görə ki,Gürcüstanda futbola maraq bizdəkimndən daha çoxdur.Onlar da klublar da bizdən çoxdur.Bizdə valideyinlər uşaqlarını daha çox oxumağa,elmə meylləndirirlər.orda isə əksinə dəridən qabığdan çıxırlar ki.uşaq futbolçu olsun.Həm də bizdə kollektiv oyunlardan daha çox fərdi idman növlərinə maraq ənənəvi olaraq daha güclü olub.Bundan başqa onlarda məşqçilər üçün də fəxrdir ki,onların yetirməsi tanınmış futbolçu olur,bizdə isə məşqçilər bir qayda olaraq ciblərini doldurmağa can atırlar.Fikirləşirlər ki,kimsə isteadlı uşaq çıxar,çıxmaz da heç nə olmaz....Uşaq məşqçisi psixoloq olmalıdır,futbolu sevrirməlidir.İndiki məşqçilər görürsən uşaqlar nəyisə düz etməyəndə onları söyürlər,nalayiq sözlər deyirlər,uşaqları həvəsdən salırlar.

-Uşaqların məşqə getmələrinə görə pul verilməsinə necə baxırsınız?

-Ümumiyyətlə futbolda bu sarıdan uçaqğa aid nə varsa orda pul söhbəti olmamalıdır.Düzdür mən başa düşürəm indi bir çoxları məşqçi kateqorisaı alıb və baza olmadığına görə hansısa meydanı kirayəyə götürür,xərcləri çıxartma üçün uçaqlarda pul alırlar,amma bu şəkildə uşaq futbolunu inkişaf etdirmək çətindir. Əslində burda maddiyat olmamalıdır.Təsəvvür edin ki,orta məktəblərdə təhsil pullu olsa orda nə qədər kasıb oxuyar?!
Çoxu getməz,inkişaf getməz. Avropada uşaq futboluna.ümumiyyətlə digər idman növlərinə dövlər,biznes adamları çox böyük diqqət göstərir,qayğı göstərirlər.Bizim istər futbol məkrəblərində,istərsə də azsaylı akedemiyalarda uşaqların təminatı yox dərəcəsindədir.Futbol məktəbləri,akademiyaları çox olmalıdır,sonra isə ordakı məşqçilərin seçimi olmalıdır. Dost-tanış,xahiş-minnət,pulla ,kiminsə göstərişi ilə məktəblərə uşaq qəbul olunmamalıdır.
Sumqayıtlı veteran futbolçu Səyamir Cabbarov:”Milli komandamızın uğurları müəyyən mənada Berti Foqtsla bağlıdır”-MÜSAHİBƏ(FOTO)

Seleksiya keçirilməlidir,şəhərin ən güclü uçaqları seçilməlidir,bir neçə dəfə seleksiya olmalıdır.Akademiyalara aşağı yaşdan,6-7 yaşdan çox uşaq qəbul olunmalıdır,uşaqların fiziki durumu yoxlanılmalıdır,onlar həkimlərdən keçirilməlidir.Özü də bir qrup yox,4-5 qrup olmalıdır,o uşaqlara futbol dərsləri keçirilməlidir,məşqlər başa salınmalıdır və bir neçə ildən sonra o uşaqlar arasında seleksiya keçirilib keçid dövründə yuxarı yaş qruplarına salınmalıdır.Hansı oyunçular ki,ümidvericidir,məqçilər onların texnikalarını,sürətlərini hiss etməlidir, bütün bunlardan sonra bir 2 ildən sonra yoxlama işi aparılmalıdır.Akademiyaların xüsusi öz avtobusu olmalıdır,qidalanması, futbol geyimi ,tibbi müayinəsi digər xərcləri təmin olunmalıdır.10 –da isə dediyim kimi seleksiya aparılmalıdır və yaxşı futbolçu ola bilən perspektivliləri akademiyada klublar üçün hazırlamaq lazımdır.

Perspektivi heç olmayanların valideynləri ilə söhbət edib onların ola bilsin başqa idam növləri ilə məşğul ola biləcəklərini məsləhət etmək olar.Yəni bu ağır və çox vaxt ,əmək,çox vəsait tələb edən bir işdir ki,yalnız bundan sonra futbolumuzun unkişafından danışmaq olar. Bundan başqa uçaq futbolunun inkişafı üçün,məhəllələrdə futbol meydançaları olsa məhlə futbolu,küçə futboluna da marağ oyatmaq lazımdır oradan da seçmək olsun.Bir çox məşhur futbolçular məhz küçə futbolundan böyük futbola gəliblər.Bizdə əvvəllər küçələrdə daha çox futbol oynalırdı.İndi boş yer olan kimi market tikilir,göydələn salınır , uşaqların idmanla məşğul olmağına yer qalmır.Düzdür indi uşaqların da marağı kompyuer oyunlarına marağı çoxdur,amma yaddan çıxartmaq lazım deyil ki,həm idman sağlam nəsil deməkdir,həm də idmanı da təbliğ etmək lazımdır.

-Yəni Azərbaycan yığmasının Dünya ,Avropa çempionatlarının final mərhələsinə düşməsinə çox var?

-Bilirsiz biz istəyirik ki,tez bir zamanda İspaniya,İtaliya səviyyəsinə çataq.Bu mümkün deyil. Baxın qardaş ölkə olan Türkiyəyə. SSRİ dövrü məsələn “Neftçi” klubu gedirdi Türkiyəyə, “Qalatasaray”ı,”Fənərbaxça”nı böyük hesabla udub gəlirdi.O vaxtı onların səviyyəsi bizimkindən çox zəif idi.Amma onlar sonra alman mütəxəssislərini çağırdılar .Almanlar futbol sferasını öz əllərini götürdülər və orada futbol inkişaf etdi və orada alman mütəxəssilərinin başçılığı altında nəinki yaxşı futbolçular ordusu ,həmçinin Şenol Günəş , Fateh Terim kimi böyük məşqçilər yetişdi.

-Avropda oynaya bilən oyunçularımız varmı?

-Var,məsələn, Qara Qarayev, Bədavi Hüseynov Avropa kluburında oynaya biləcək futbolçulardır.Digər perspektivli oyunçular da var.

-Millimizin baş məşqçisi Robert Prosineçkini necə qiymətləndirirsiniz?

-Əgər fikir vermisiznisə onun başçılığı ilə komandamız zəif rəqiblərə qalib gələ bilirdi,amma güclü rəqiblərlərlə rastlaşanda artıq yaxşı nəticə əldə edə bilmədi.Milli komandamızın müəyyən mənada inkişaf etməsi Berti Foqtsla bağlıdır.Əvvəllər komandamız harasa gedəndə oyuna 2 -3 gün qalmış otellərin birində yerləşdirərdilər.Yaxşı şərait də yaratmazdılar. Foqts gələndən sonra milliyə baxış,oyunçuların dəvəti,onların məşq prosesi,xarici ölkələrdə təlim-məşq toplanışları,oyunçuların rejimdə qalmaları yüksək səviyyədə təşkil olunmağa başladı.Məhz onun təşkilatçılıq işi, komandada nizam- intizamın səviyyəsini qaldırması indi nəticəsini verir.

Söhbətləşdi:İmran Kərimli