BolgeXeber.Com » Ölkə » Tovuzda qədim dövrə aid nizə başlığı tapıldı - VİDEO

Tovuzda qədim dövrə aid nizə başlığı tapıldı - VİDEO

20-07-2017, 15:29
Oxunub: 3 054 Tovuzda qədim dövrə aid nizə başlığı tapıldı - VİDEOTovuz sakini etnik xalqlara məxsus silah ucluğu tapıb

ARB 24 xəbər verir ki, Kəmaləddin Əliyev ucluğu rayonun Hunanlar kəndində Kür çayının kənarında balıq ovu zamanı aşkarlayıb.

Kamaləddin Əliyev – Sakin: “Arxası görsənən vəziyyətdə bunu burada əyləşərkən gördüm. Bu da mənim üçün maraqlı gəldi. Başladım çıxartmağa. Çıxardanda gördüm ki, nizə ucluğuna oxşar bir şeydir”.

Nizə ucluğu ilə bağlı tarixçilər hələlik konkret fikir söyləməyə çəkinirlər. Amma onların əksəriyyəti materialı mis və tunc qarışığı olduğundan tapıntını dəmir dövrünə yaxın keçmişə aid edirlər.

Sabir Məmmədov – Müəllim: “Mis uzun müddət erroziyaya davamlı olduğuna görə indiyə qədər qalıb. Amma kürün yatağında bu lilə batmış halda tapıldığına görə mən Hun tayfalarına aid edirəm. Şeyx Şamilin dövründə burada yaşayan Udinlərə qarşı döyüş gedib”.

Bu ərazidə sovetlər dönəmində arxeoloji qazıntılar da aparılıb. Sakinlər iddia edir ki, tapıntılar arasında qiymətli daş-qaş, xəzinə də olub.

Nizə başlığı onda böyük maraq oyatdığından Kəmaləddin Əliyev həmin ərazidə axtarışlar aparacağını bildirdi.

Kamaləddin Əliyev – Sakin: “Özüm bunu ətraflı öyrənəndən sonra hansısa bir dövlət muzeyinə təhvil verəcəm”.

Bununla belə mütəxəssislər suya yaxın olduğundan ərazidə qazıntı işlərinin aparılmasını doğru hesab etmirlər. Onların fikrincə, əraziyə Milli Elmər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları cəlb olunmalıdır.