BolgeXeber.Com » İqtisadiyyat » Bitkoin bir həftəyə 68% bahalaşıb

Bitkoin bir həftəyə 68% bahalaşıb

21-07-2017, 12:04
Oxunub: 2 874 Bitkoin bir həftəyə 68% bahalaşıbBitkoinin (virtual kriptovalyuta) məzənnəsi bu həftə 68% yüksələrək 1 759 ABŞ dollarından 2 953 dollara çatıb

Bolgexeber.com Report-a istinadən xəbər verir ki, bitkoinin tarixi rekord qiyməti iyun ayının 12-də (3 000 dollar) qeydə alınıb. Hazırda isə bitkoin 2 800 dollara satılır.

Qeyd edək ki, bitkoinin qiymətinin artmasına səbəb iyulun 16-da kriptovalyuta ictimaiyyətinin rəsmi olaraq yeni “SegWit2x” proqram təminatını qəbul etməsi olub. Bu da bitkoinə inamı artırıb. Nəticədə, bitkoinin qiyməti yenidən tarixi rekord səviyyəyə yaxınlaşıb.

Nəzərə çatdıraq ki, “SegWit2x”-in yenilənməsi şəbəkənin buraxılış imkanını artırır. “Coin Dance” kriptovalyuta statistika agentliyinin məlumatına görə, yaxın iki gündə “mayner”lər yeni proqram təminatının aktivləşdirilməsinə hazırlaşacaqlar. Proqramın tam olaraq 2 həftəyə qəbul ediləcəyi gözlənilir. Amma, 3 aydan sonra prosesin ikinci mərhələsi olan blokun həcminin ikiqat artırılması prosesinin yarada biləcəyi risklərlə üzləşmə ehtimalları ortaya çıxacaq.