BolgeXeber.Com » Ölkə » Jurnalistlərin binası genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq
Jurnalistlərin binası genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq
22-07-2017, 10:00
Oxunub: 4 140
Artıq layihələndirmə işləri başa çatdırılıb
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün tikilən yaşayış binasının telekommunikasiya xidmətləri ilə təchizatı üzrə Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi işlərə başlayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Bolgegexeber.com-a verilən məlumata görə, sözügedən binadakı 255 mənzil Bakı Telefon Rabitəsi Məhdud Məsuliyyətli Cəmiyyəti (BTR MMC) tərəfindən yeni nəsil optik şəbəkə avadanlığı olan GPON (Giqabit Passive Optical Network) əsasında genişzolaqlı multimedia xidmətləri ilə təmənnasız olaraq təchiz olunacaq. Bundan başqa, pulsuz olaraq hər bir mənzil üçün nömrə resursunun ayrılması da təmin ediləcək.
Artıq layihələndirmə işləri başa çatdırılıb. Yaxın müddətdə binaya telefon və optik internet xətlərinin çəkilişinə başlanılacaq.
Binanın sakinləri BTR MMC tərəfindən “Üç bizimlə” layihəsi çərçivəsində sərfəli tariflə eyni paketdə təqdim olunan yüksək keyfiyyətli telefon, internet və rəqəmli televiziya xidmətlərindən də yararlana bilərlər.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər