BolgeXeber.Com » Siyasət » Azərbaycan və Rusiya prezidentləri ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıblar

Azərbaycan və Rusiya prezidentləri ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıblar

22-07-2017, 12:47
Oxunub: 2 862 Azərbaycan və Rusiya prezidentləri ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıblarAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 21-də Soçidə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşüb

Dövlət başçıları söhbət zamanı Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğunu bir daha təsdiqlədilər. İkitərəfli münasibətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla inkişaf etdiyini vurğuladılar. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edildi. Beynəlxalq və regional problematika ətrafında fikir mübadiləsi aparıldı. Hər iki dövlət başçısı Rusiya-Azərbaycan dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirdilər.

X X X

İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri başa çatdı.