BolgeXeber.Com » Xəbərlər » Özünü və qızını öldürmək istəyən Aysel Əlizadə: "Halım çox pisdir" - YENİLƏNİB - FOTO
Özünü və qızını öldürmək istəyən Aysel Əlizadə: "Halım çox pisdir" - YENİLƏNİB - FOTO
22-07-2017, 13:46
Oxunub: 18 184
Yazıçı-şair Aysel Əlizadənin özünü və uşağını öldürəcəyi ilə bağlı yazdığı status geniş müzakirələrə səbəb olub
Onun fikirləri insanlar tərəfindən birmənalı qarşılanmayıb.
Bolgexeber.com bildirir ki, Yeniçağ.az yazarla əlaqə saxlayıb. Bu barədə danışmaq istəmədiyini deyən Aysel statusunun xəbər saytlarında yer almasına etirazını da bildirib:
"Hər kəsin həyatında ruh düşkünlüyü yaşadığı zaman olur. Heç kim deyə bilməz ki, ömrüm boyu bir dəfə də olsun psixoloji sarsıntı keçirtməmişəm. Mən də adi insanlardan biriyəm və bu halı yaşayıram. Hazırda halım çox pisdir. Buna səbəblərim var, hələ ki açıqlamaq istəmirəm, vaxtı çatanda deyəcəm. İnsan öz zəifliyini göstərirsə, bu, həm də onun güclü olması deməkdir. Mən gizlətmirəm bunu. Sadəcə olaraq yazdım, insanların məsləhətlərini eşitmək istəyirəm. Anam da yanımdadır. Psixoloqa da müraciət edəcəm".
------------
15:43
Tanınmış yazıçı-şair Aysel Əlizadə ictimai şəkildə intihar anonsu verib.
Bolgexeber.com oxu.az-a istinadən xəbər verir ki, eks aparıcı bu barədə "Facebook" səhifəsində bəyan edib.
"Beynim darmadağındı. Neçə vaxtdı ölümün bir addımlığında özümü qızımın xətrinə saxlayıram. Psixoloji məqamlar çoxdu. Son günlər isə düşünürəm: bəlkə, ikimizi də öldürüm. Bu qədər qəddar ruh halındayam. Bunu ona görə yazıram ki, bir vaxt sizə ""intihar həddində insanlardan kömək istəyin" demişdim. Mən verdiyi məsləhətlərə özü əməl edən adamam. Nəsə deyin, hansısa sözlə kömək edin. Sakitləşə bilmirəm..."
A.Əlizadə bu fikrə düşməyinin səbəbini açıqlamayıb.
Aysel Əlizadə şairə Kəmalə Abıyevanın qızıdır. Ramin Hacılı ilə evlidir. Onun tanınmış yazar Aqşin Yeniseylə nikahından bir qızı var.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər