BolgeXeber.Com » Xəbərlər » Kredit kartı saxtakarlarından necə qorunaq - qızıl kimi məsləhətlər

Kredit kartı saxtakarlarından necə qorunaq - qızıl kimi məsləhətlər

22-07-2017, 15:35
Oxunub: 1 635 Kredit kartı saxtakarlarından necə qorunaq -  qızıl kimi məsləhətlər 2015-ci ildə Hindistanda e-ticaretin 80 faizini əlində tutan Flipkart, Snapdeal və Amazon, Çində isə 2016-cı ildə bu sahədə yüzdə 70 faiz paya sahibdir

İndi Azərbaycan insanı da dünya insanı kimi kredit kartlardan maksimum istifadə edir. Elektronik ödəmə sistemi olduqca populyar olduğu üçün kiber atmosferdə satakarlıq faizi də artır. Bunlardan necə qoruna bilərik?

Kredit kartınız varsa dünyadakı milyonlarca insanın başına gəldiyi kimi sizin də saxtakarlığa məruz qalmaq ehtimalınız heç də az deyil. 1980-ci illərdə kredit kartı istifadəsində böyük artım baş verib. 2016-cı il Nilson sənədlərinə görə, 2015-ci ildə kredit kartı və bank kartı ilə aparılan alış-verişin həcmi bir öncəki illə müqayisədə 7.3 faiz artıb və 31 trilyon dollara çatıb.

2015-ci ildə Avropada həyata keçirilən hər səkkiz alış-verişdən yeddisində elektornik ödəmə sistemindən istifadə olunub. Paypal və ona bənzər online pul transfer sistemləri sayəsində bu alış-veriş sisteminin inkişaf etməkdə olan ölkələr də daxil olmaq üzrə geniş yayılması gözlənilir.

2015-ci ildə Hindistanda e-ticaretin 80 faizini əlində tutan Flipkart, Snapdeal və Amazon, Çində isə 2016-cı ildə bu sahədə yüzdə 70 faiz paya sahibdir. Alibaba və JingDong kimi şirkətlər sayəsində elektronik ödəmə sistemləri yeni istifadəçilər üçün çatımlı olur.
Hindistandakı Snapdeal kimi e-ticaret üzərinə qurulu şirkətlər internet üzərindən ödəmələrin, dolayısı ilə saxtakarların da artmasına səbəb oldu.

Kiber kriminallar baxımdan bu durum onların saxtakarlıq ehtimallarının artması mənasına gəlir. Nilson araşdırmasına görə, bank kartı saxtakarlarına görə pul itkisi 2010-cu ildə dünya miqyasında 8 milyard dollar olduğu halda, 2015-ci ildə 21 milyard dollara yüksəlib.
Qərbdə banklar və kredit kartı şirkətləri, saxtakarlara məruz qalan müştərilrin itkilərini ödəyir. Bu səbəbdən də banklar saxtakarlığın qarşısını alaraq texnologiyaya investisiya qoymağa xüsusi önəm verir.

Saxtakarlıq növləri

Kredit kartı vasitəsilə saxtakarlıq üsulları yeni texnologiyalara uyğun şəkildə daim forma dəyişdirdiyi üçün bütün saxtakarlıq növlərini siyahıya almaq mümkün olmasa da, iki əsas kateqoriyadan danışmaq mümkündür.

• Kart olmadan edilən saxtakarlıq: Ən geniş saxtakarlıq üsullarındandır. Kart sahibinin məlumatları oğurlanır və kart olmadan qanundan xaric bir şəkildə istifadə olunur. Xüsusən internet üzərindən belə bir əməliyyat həyata keçirilir. Bilinən bir qurumdan gəlir təəssüratı yaradan saxta emaillərlə göndərilən bağlantılara istifadəçilərin tıklaması təmin edilərək, kredit kartı məlumatları ələ keçirilir.

• Kartla edilən saxtakarlıq: Bu üsul günümüzdə daha geniş yayılıb. Kartdan istifadə edərək alış-veriş etdiyimiz bir yerdə satıcı kart məlumatlarımızı bir cihaza kopyalayır və daha sonra bu məlumatları istifadə edərək, alış-veriş həmin kart hesabından ödənmiş olur.



Kartla alış-veriş mexanizmi

Kredit kartı ilə edilən alış-verişdə iki addımlı bir prosedurdan söhbət gedir: təsdiq və dəyişmə. Alış-veriş zamanı müştəri ona kartı verən qurum, satıcı və onun bankı arasında bir prosedur gerçəkləşir. Prosedura təsdiq verildiyi halda, bir neçə gün sonra gerçəkləşmək üzrə iki qurum arasında pul dəyiş-düyüşü olur.

Təsdiq veriləndən sonra geri dönüşü olmayacağı üçün saxtakarlığa qarşı tədbirlərin bu mərhələdə dövriyyəyə girməsi lazımdır.

Görüləcək tədbirlər

• Öz bankınızdan gəlirmiş kimi görünsə də, sizdən şəxsi məlumatlarınızı istəyən emaildəki bağlantılara əsla tıklamayın.

• Bilmədiyiniz bir satıcıdan internet vasitəsilə bir şey satın alırsınızsa, öncə Google-da onun adını aradırıb digər müştərilərin pozitiv rəylər yazıb-yazmadığına diqqət edin.

• İnternet vasitəsilə ödəmə edəndə web sayt ünvanının https:// formasında başladığını və veb saytda imla xətalarının, eləcə də qəribə kəlmələrin olmadığına nəzarət edin.

musavat.com