BolgeXeber.Com » İdman » "Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib - VİDEO
"Barselona" Beynəlxalq Çempionlar Kubokunda "Yuventus"u məğlub edib - VİDEO
23-07-2017, 11:38
Oxunub: 2 809“Barselona” Beynəlxalq Çempionlar Kubokunda “Yuventus”a qalib gəlib
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, görüş Amerikanın İst-Ruterford şəhərində baş tutub və görüş kataloniyalıların 2:1 hesablı üstünlüyü ilə başa çatıb.
Matçı stadionda 82 min 104 tamaşaçı izləyib.
Oyunun 15-ci dəqiqəsində Neymar ispan komandasını hesabda irəli çıxarıb, birinci hissənin ortalarında isə braziliyalı hücumçu dublunu rəsmiləşdirib.
“Yuventus”un müdafiəçisi Corco Kyellini 62-ci dəqiqədə vurulan qollardan birinin əvəzini çıxıb, lakin turinlilər bundan artığına nail ola bilməyiblər.
Turnirin növbəti oyununda “Barselona” “Mançester Yunayted”lə, “Yuventus” PSJ ilə qarşılaşacaq. Hər iki oyun iyulun 27-də keçiriləcək.