BolgeXeber.Com » Analitika » Siyavuş Novruzovun Rəsul Quliyev haqqında rəyi

Siyavuş Novruzovun Rəsul Quliyev haqqında rəyi

24-11-2012, 12:15
Oxunub: 6 671 “Rəsul Quliyev ölkənin ictimai-siyasi həyatından çoxdan çıxıb”

Milli Məclisin eks-spikeri Rəsul Quliyev bir neçə gün öncə rəhbərlik etdiyi partiyanın üzvləri ilə videogörüşdə 2013-cü il prezident seçkilərində iştirak edəcəyini bəyan edib: “Prezident seçkilərinə qatılmasam, indiki hakimiyyət yenə qalib gələcək. Seçkilərdə iştirak etməyim vacibdir”.

R.Quliyev qeyd edib ki, seçkilərlə bağlı 2013-cü ilin iyununda dəqiq qərar veriləcək.

Eks-spikerin seçkilərlə bağlı dediklərinə hakim Yeni Azərbaycan Partiyasından (YAP) cavab gəlib. YAP icra katibinin müavini Siyavuş Novruzov R.Quliyevin dediklərini belə şərh edib: “Azərbaycanda belə bir adamın olduğunu heç xatırlamırlar. Rəsul Quliyev ölkənin ictimai-siyasi həyatından çoxdan çıxıb. Ona görə onun dedikləri mənasızdır. Seçkilərə qatılsa belə, heç bir nəticə əldə edə bilməyəcək”.