BolgeXeber.Com » Xəbərlər » Kiyevdə diaspor binasını kim satıb? - İDDİA

Kiyevdə diaspor binasını kim satıb? - İDDİA

24-07-2017, 09:57
Oxunub: 1 739 Kiyevdə diaspor binasını kim satıb? - İDDİAƏn maraqlısı isə budur ki, binanın satılmasında ən çox adı hallanan Oqtay Əfəndiyev adlı şəxs bütün yazılanlara susqun mövqe nümayiş etdirir

Bir müddət əvvəl, Azərbaycan media nümayəndələrinin Ukraynada Azərbaycan diasporu üçün ayrılan binanın tamamilə başqa məqsədlərdə istifadə üçün satılaraq, pulunun mənimsənilməsi istiqamətində apardığı araşdırma böyük rezonans doğurub və həmin məqalədə ortaya qoyulan təkzibedilməz faktlar öz təsdiqini tapmaq üzrədir.

Qeyd edək ki, "Kiyevin mərkəzində Azərbaycan diasporuna ayrılan ikimərtəbəli binanı kim satıb? – Araşdırma” başlığı ilə saytlarda yerləşdirilən məqalədə bildirilirdi ki, 2002-ci ildə Kiyev şəhər Meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılan bina sonradan diaspor adından suistifadə edən şəxslər tərəfindən satılıb.
Qeyd edək ki, sözügedən bina Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti üçün ayrılıb. Həmin vaxt işlərə rəhbərlik edən Oqtay Əfəndiyev adlı diaspor nümayəndəsi binanın hansı təyinat üzrə ayrılmasını hamıdan gizli saxlayıb.
Bildirilir ki, sözügedən binanın verilməsinin zəruri olması ilə bağlı məsələni mərhum prezident Heydər Əliyev Ukraynanın sabiq prezidenti Leonid Kuçma qarşısında qaldırıb. Kuçma isə öz növbəsində Kiyev şəhərinin həmin zamankı meri Omelçenkoya bu məsələnin tez bir zamanda həll edilməsinə dair tapşırıq verib. Nəticədə, Kiyevin ən gözəl yerlərindən birində bu məqsəd üçün 418 kvadratlıq 2 mərtəbəli bina ayrılıb. Lakin bir müddət sonra Azərbaycan diasporunun ehtiyacları üçün ayırılan 2 mərtəbəli bina 2005 ci ildə başqa bir firmanın adına keçirilib və sonradan onun yerində tamamilə başqa təyinatlı 4 mərtəbəli ofis inşa edilib.
Parlamentin ilk iclasında, həmçinin, 2002-ci ildə Kiyev şəhər meriyası tərəfindən Ukrayna Azərbaycanlıları Konqresinə ayrılmış binanın 2005-ci ildə başqa bir firmanın adına keçirilərək satilması məsələsi geniş müzakirə obyekti olub. Konqresə ayrılmış Azərbaycan Mədəniyyət Mərkəzinin geri qaytarılması üçün müvafiq orqanlara yazılı müraciət hazırlanıb”.

Ən maraqlısı isə budur ki, binanın satılmasında ən çox adı hallanan Oqtay Əfəndiyev adlı şəxs bütün yazılanlara susqun mövqe nümayiş etdirir. Bizim onunla əlaqə saxlayıb məsələyə münasibət öyrənmək cəhdlərimiz isə heç bir səmərə vermir. Ancaq bu heç də o demək deyil ki, Oqtay Əfəndiyev jurnalistlərdən daima məsafə saxlamağı xoşlayan adamdır. Əslən Qax rayonundan olan və hazırda Ukraynada böyük tikinti biznesilə məşğul olan Oqtay Əfəndiyev bu mövzuda mətbuatın suallarından yayınmağa çalışsa da, hansısa qurumlar qarşısında Kiyevin mərkəzindəki binanın acı taleyilə bağlı suallara cavab verməli olacaq. \\veteninfo.az\\